Keçid linkləri

2024, 15 May, çərşənbə, Bakı vaxtı 18:59

Cəbhəçi məhkəmədən şikayətçidir


A.Ə.Məhərrəm
A.Ə.Məhərrəm

Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Rəyasət Heyətinin üzvü Aqil Əli Məhərrəmin Xəzər Rayon Məhkəməsinin ləng işindən şikayətləndiyi bildirilir.

AXCP-dən AzadlıqRadiosuna bildirilib ki, onun cəzanın müəyyən hissəsini çəkdikdən sonra qalan hissədən vaxtından əvvəl azad olunması ilə bağlı vəkili xeyli müddətdir Xəzər Rayon Məhkəməsinə müraciət edib. "Amma özünə məlum olmayan səbəblərdən məhkəmə prosesini gecikdirirlər. O, hüquq müdafiəçilərinə və fəallara səslənərək problemin ictimailəşdirilməsini xahiş edib", - partiyadan bildirilib.

AXCP sədri Əli Kərimli də deyib ki, A.Ə.Məhərrəm kimi savadlı və perspektivli gəncin əsassız həbsdə saxlanılması Azərbaycan hakimiyyətin repressiv xarakterli olmasını göstərir.

"Aqil Əli Məhərrəm onun kimi günahı olmayan Saleh Rüstəmli ilə cəzalandırılıb. A.Ə.Məhərrəmlini 4 il, S.Rüstəmlini isə 7 il 3 ay müddətinə azadlıqdan məhrum ediblər. A.Ə.Məhərrəm nəinki müddətin üçdə birini, yarısını, hətta dörddə üçünü həbsdə keçirtdi. Ağır cinayət edənləri vaxtından əvvəl azadlığa buraxırlar, amma bu haqq cəbhəçi gəncə şamil olunmur", - Ə.Kərimli qeyd edib.

Bu məsələyə, habelə səslənən tənqidə, hələlik, Xəzər Rayon Məhkəməsi və Azərbaycanın başqa rəsmi qurumlarından münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, bəyan edirlər ki, ölkədə heç kim siyasi mövqeyinə görə ayrıseçkiliyə məruz qalmır.

Xatırlatma

2018-ci il mayın 25-də A.Ə.Məhərrəm birinci Qarabağ savaşında (1988-1994) xəsarət alan Babək Həsənov və bu partiyanın digər funksioneri - Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirovla birlikdə həbs olunub. Onlar Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmli ilə birlikdə mühakimə olunublar. Müdafiə tərəfindən verilən məlumatlara görə, S.Rüstəmli həmin il mayın 8-də narkotik ittihamıyla həbs edilib. İki gün sonra onun qardaşı oğlu V.Rüstəmlinin də eyni ittihamla saxlandığı açıqlanıb. Daha sonra həmin AXCP funksionerləri tutulub. Sonradan onların saxlanılması ilə bağlı yayılan rəsmi açıqlamaya görə isə, AXCP funksionerləri və S.Rüstəmli çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunublar.

AXCP ittihami yalanlamışdı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Rüstəmli 7 il 3 ay, A.Ə.Məhərrəm 4 il, B.Həsənov isə 3 il azadlıqdan məhrum edilib. V.Rüstəmli və R.Nəsirova şərti cəza verilib. Bu ilin martında B.Həsənov da prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG