Dekabrın 25-də xalq artisti Ağaxan Abdullayev vəfat edib.
Bu barədə APA-ya mərhumun ailəsi məlumat verib.
A.Abdullayev 1950-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1969-1973-cü illərdə A.Zeynallı adına musiqi məktəbində təhsil alıb. 1977-ci ildən həmin məktəbdə muğam müəllimi kimi çalışıb.
Muğam ifaçısı kimi fəaliyyətə 1975-ci ildə Azərbaycan Dövlət Filarmoniyasının səhnəsində başlayıb. 1998-ci ildə xalq artisti fəxri adına layiq görülüb.