Keçid linkləri

Təcili xəbərlər
2018, 23 İyul, Bazar ertəsi, Bakı vaxtı 09:24

Ağ ev bəzi jurnalistləri brifinqə buraxmayıb


ABŞ prezidenti Donald Trump , Ağ ev,16 fevral 2017

ABŞ-da bir qrup media nümayəndəsi Ağ evin qeyri-rəsmi brifinqinə buraxılmayıb.

Prezident Administrasiyası CNN, The New York Times, Los Angeles Times, Politico, BuzzFeed və The Daily Mail kimi media qurumlarının jurnalistlərini mətbuat konfransına buraxmaqdan imtina edib.

CNN-in məlumatına görə, brifinqə Breitbart News, The Washington Times и One America News Network kimi mühafizəkar nəşrlərin təmsilçiləri buraxılıblar.

Associated Press agentliyi və The Time jurnalının əməkdaşları həmrəylik göstərərək brifinqə qatılmaqdan imtina ediblər.

Prezident Adminstrasiyası hələ ki, vəziyyəti şərh etməyib.

Ötən həftə Tramp NBC, ABC, CBS, CNN telekanallarını və The New York Times qəzetini Amerika xalqının düşmənləri adlandırıb. Buna qədər isə çıxışlarında bəzi media qurumlarını yalan xəbər yaymaqda ittiham edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG