Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 02:48

Apellyasiya məhkəməsi M.İbrahimə 'yox' dedi


Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'
Gözlə

No media source currently available

0:00 0:01:50 0:00

Məmməd İbrahim: 'Həbsxana da balaca Azərbaycandır'

Oktyabrın 4-də Bakı Apellyasiya Məhkəməsində AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahim haqqında həbs qərarından verilmiş şikayətə baxılıb. Qədim Babayevin sədrlik etdiyi hakimlər kollegiyası apellyasiya şikayətini təmin etməyib, M.İbrahim haqqında yeni cinayət işinin istintaqı dövrü üçün seçilmiş iki aylıq həbs-qətimkan tədbiri qüvvədə saxlanılıb.

Qapalı keçirilən məhkəmədə M.İbrahim özü də iştirak edib. Oğlu Turan İbrahimin AzadlıqRadiosuna bildirdiyinə görə, atası məhkəmədə çıxışında cinayət işinin saxta, həbs qərarının da qanunsuz və əsassız olduğunu deyib.

«Ev dustaqlığına buraxılması üçün müraciət olunacaq»

Həm M.İbrahim, həm də vəkili Cavad Cavadov Yasamal rayon Məhkəməsinin qərarının ləğv olunmasını istəyib.

Hakimlər qısa müşavirədən sonra şikayətin təmin olunmadığını elan ediblər.

«Vəkil yaxın günlərdə atamın ev dustaqlığına buraxılması üçün məhkəməyə müraciət edəcək», - T.İbrahim bildirib.

Məmməd İbrahim ona vəzifə təklif edildiyini bildirir
Gözlə

No media source currently available

0:00 0:01:56 0:00

Sentyabrın 29-da 3 illik cəza müddəti başa çatan AXCP Rəyasət Heyətinin üzvü M.İbrahimin azadlığa çıxmasına iki gün qalmış onun haqqında yeni cinayət işi başlanıb. M.İbrahimə Cinayət Məcəlləsinin 317-2.1 (Həbsdə saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi) maddəsiylə ittiham irəli sürülüb. Sentyabrın 28-də Yasamal Rayon Məhkəməsi onun barəsində istintaq müddətində 2 aylıq həbs-qətimkan tədbiri seçib.

Oğlunun sözlərinə görə, M.İbrahim haqqında yeni həbs qərarından sonra evə zəng edərkən kəsici alət saxlamasına dair ittihamı yalanlayıb: «Dedi ki, namazdan çıxıb yemək yeməyə gedirdim, otağa çağırdılar. Getdim, dedilər ki, axtarış aparılır. Əvvəldən qoyduqları bıçağı götürdülər. O bıçağın mənə heç bir aidiyyəti yoxdur».

Xatırlatma

M.İbrahim AXCP-dən ayrılmış Mikayıl Quliyevin şikayəti əsasında 2015-ci il sentyabrın 30-da həbs olunub.

M.Quliyevə fiziki güc tətbiq etməkdə suçlanan M.İbrahimə Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə ittiham irəli sürülüb.

Bir müddət sonra daha iki nəfər – Oruc VəliyevMəhəmməd Qurbanov da şikayət veriblər ki, insident zamanı M.İbrahim onları da vurub.

Bundan sonra M.İbrahimə verilən ittiham ağırlaşdırılıb və Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə tövsif olunub. O, 3 il azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG