Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 20:34

Furqalın oğlunu seçkiyə buraxmırlar


Anton Furqal
Anton Furqal

Sentyabrın 19-da Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına, 39 regional parlamentə üzvlər və 9 region qubernatoru seçiləcək

Rusiyanın Xabarovsk diyarının həbsdə olan keçmiş qubernatorunun oğlunu gələnaykı parlament seçkisinə buraxmırlar.

Xabarovsk diyarının seçki komissiyası avqustun 13-də elan edib ki, Anton Furqalın topladığı 15 min 800 imzadan təxminən 5 mini saysız məsələlər, o cümlədən “yanlış mürəkkəb rəngi”nə görə etibarsız sayılıb.

29 yaşlı Furqal qərardan şikayət verəcəyini deyib.

Sergey Furqal kimdir

Atası Sergey Furqal millətçi Rusiya Liberal Demokratik Partiyasının üzvü olub. O, 2018-ci ildə təkrar seçkilərdə Kremlin dəstəklədiyi Vahid Rusiya Partiyasından uzun müddət vəzifədə olmuş namizədi məşğul edib.

Ötən ilin iyulunda isə 2004-2005-ci illərdə törədilmiş iki qətldə ittiham olunaraq saxlanıb. Furqalın həbsi diyarın paytaxtı Xabarovskda, regionun digər şəhərlərində kütləvi etirazlara səbəb olub. Tərəfdarları bir neçə ay demək olar hər gün etirazlara çıxıblar.

Bu aksiyalar həmçinin Uzaq Şərqdə Moskvanın siyasətindən, yerli əhalinin maraqlarının nəzərə alınmamasından artan narazılığı üzə çıxarıb.

Sentyabrın 19-da Rusiya parlamentinin aşağı palatasına – Dövlət Dumasına, 39 regional parlamentə üzvlər və 9 region qubernatoru seçiləcək.

Kreml seçkiöncəsi müxalifətçilərə, müstəqil mediaya təzyiqi gücləndirib. Bu arada Vahid Rusiyanın və Prezident Vladimir Putinin populyarlığı azalmaqdadır. Kreml isə ölkə iqtisadiyyatını koronavirus pandemiyasından və illərdir davam edən beynəlxalq sanksiyalardan dirçəltməyə çalışır.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG