Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:58

Türkiyə Ermənistanla diplomatik münasibətləri müzakirə edə bilər


Türkiyənin baş naziri Binali Yıldırım
Türkiyənin baş naziri Binali Yıldırım

Türkiyənin baş naziri deyib ki, onun ölkəsi Ermənistanın yeni liderinin diplomatik münasibətlərin bərpası və iki rəqib arasında çoxdan bəridir davam edən gərginliyin azaldılması təklifini nəzərdən keçirməyə hazırdır.

Binali Yıldırım mayın 11-də Ankarada müxbirlərə deyib: “Əgər Ermənistan bir neçə illərdir ki, davam edən düşmənçilik mövqeyindən əl çəksə, Türkiyənin ərazi bütövlüyü və sərhədlərinə yanlış yanaşmalarını bir tərəfə qoysa və və yeni səhifə açmaq istəsə, biz bu məsələnin detallarına baxmağa hazırlıq”.

Yıldırım xatırladıb ki, Türkiyə heç bir qonşusu ilə pis münasibətdə olmaq istəmir.

Ermənistan və Türkiyə arasında diplomatik münasibətlər yoxdur və iki ölkə arasında davam edən gərginliyə görə sərhədlər bağlıdır. Errmənistan sərhədlərini orada yerləşdirilmiş Rusiya qoşunları mühafizə edir.

Mayın 8-də Ermıənistanın yeni baş naziri seçilmiş Pashinian demişdi ki, Yerevan həm Türkiyə ilə münasibətlərin bərpasına, həm də Ankaranın “erməni soyqırımını” tanımasına nail olmağa çalışmalıdır.

İndiyədək 28 ölkə və ABŞ-ın əksər ştatları Türkiyədə 1915-ci ildə baş vermiş erməni ölümlərini “soyqırım” kimi tanımaq barədə qərar qəbul edib.

Türkiyə bu iddiaları rədd edir və bildirir ki, ermənilər başqa nmillətlərin nümayindələri kimi həmin dövrdə müharibənin qurbanı olublar və onların sistematik məhv edilməsi planı olmayıb.

Ankara və Yerevan arasında gərginliyin başqa bir səbəbi Azərbaycan və onun Ermənistan qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonları məsələsidir.

Pashinian mayın 8-də parlamentdə etdiyi çıxışında demişdi ki, “onun inqilabı Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququnun tanınması ilə nəticələnəcək”.

O bunu da deyib ki, Azərbaycan tərəfi ilə danışqılara hazırdır, lakin Dağlıq Qarabağ erməni liderlərinin bu danışıqlarda iştirak etməməsi heç bir fayda verə bilməz.

Pashinian deyib ki, Türkiyə diplomatik münasibətlərin bərpası üçün üçüncü bir tərəfi – Azərbaycanı ortaya gətirməklə “məntiqsiz” şərtlər qoyur.

Bundan əvvəl 2009-cu ildə Ankara və Yerevan arasında diplomatik münasibətlərin bərpası və sərhədlərin açılmasına dair saziş imzalanıb.

Lakin bu saziş Azərbaycanın təzyiqi altında ratifikasiya olunmayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG