Keçid linkləri

2026, 10 Aprel, Cümə, Bakı vaxtı 23:57

Ankarada terror aktını kim planlayırmış?

Türkiyə polisi
Türkiyə polisi

Türkiyə rəsmiləri bildiriblər ki, iyunun 22-də, Ankarada terror aktı planlayan 14 şübhəlini saxlayıblar. Onların “İslam Dövləti” qrupu yaraqlıları olduğu güman edilir.

Polis hücumun detallarını açıqlamayıb, reyd vaxtı bəzi materialların müsadirə olunduğunu bildirib.

İyunun 24-də Türkiyədə ümumxalq səsverməsi keçiriləcək, prezident və parlament seçkiləri keçiriləcək.

Türkiyə 2015 və 2016-cı illərdə dalbadal terror hücumlarına məruz qalırdı, dövlət rəsmiləri “İslam dövləti” qrupu yaraqlıları və kürd yaraqlılarını günahlandırırdılar.

2017-ci ilin yanvarında, İstanbulun gecə klubuna hücumda 39 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG