Keçid linkləri

Təcili xəbərlər
2018, 21 Avqust, çərşənbə axşamı, Bakı vaxtı 06:38

Hollandiya Türkiyədəki səfirini ‘geri çağırır’


Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra

Hollandiya Türkiyədəki səfirini geri çağırıb. DutchNews.nl saytı yazır ki, iki ölkə arasında münasibətlər ötən ilin martında Türkiyə nazirlərinin Hollandiyada Erdoğana dəstək üçün keçirilən mitinqdə iştirakına icazə verilmədikdən sonra pisləşib.

Hollandiyanın Ankaradakı səfiri postu əslində ötən aprel ayından boş qalırdı. Lakin indi səfirin rəsmi olaraq geri çağırılması ondan xəbər verir ki, iki ölkə arasında münsasibətlərin normallaşdırılması yönündə aparılan danışqılar uğursuzluqla nəticələnib.

Hollandiyanın xarici işlər naziri Halbe Zijlstra deyib ki, bu məsələ həllini tapmayanadək Haaqa Türkiyədən heç bir yeni səfir qəbul etməyəcək.

Cənab Zijlstra deyib ki, bu barədə xəbərdarlıq Türkiyə tərəfinə çatdırılıb.

Ötən ilin martında Hollandiyada Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun təyyarəsinə enmək icazəsi verilməmişdi. Nazir buradakı türk icmasının Erdoğanı dəstəkləyən mitinqində iştirak etməli idi. Mitinq Erdoğana hüdudsuz səlahiyyətlər verəcək aprel referendumuna həsr olunmuşdu.

2017-ci ilin martında İstanbuldakı Hollandiya səfirlyinin qarşısında Erdoğan tərəfdarlarının etiraz aksiyası
2017-ci ilin martında İstanbuldakı Hollandiya səfirlyinin qarşısında Erdoğan tərəfdarlarının etiraz aksiyası

Bundan bir neçə gün sonra Türkiyənin ailə məsələləri nazirinə də başqa bir mitinqdə iştirak imkanı yaradılmamış və o polisin müşayiəti ilə Hollandiya ərazisindən çıxarılmışdı.

Bu insidentdən bir qədər əvvəl Türkiyə prezidenti Recep Tayyip Erdoğan Hollandiya hökumətini “nasizm tör-töküntüsü” adlandırmış və Hollandiya hərbi kontingentinin keçmiş Yuqoslaviyanın Srebrennitsa şəhərində törədilmiş qətliamdakı rolu barədə xoşagəlməz bəyanatlar vermişdi.

Baş nazir Mark Rutte Erdoğanın bu bəyanatlarını “tarixin iyrənc saxtalaşdırılması” adlandırmışdı.

Amma indi Erdoğan deyəsən daha barışdırıcı mövqe tutaraq bəyanatlarında Hollandiya, Almaniya və Belçikanı “köhnə dostlar” adlandırır.

Zijlstra bildirib ki, bu günlərdə Türkiyə rəsmiləri ilə danışqılar aparıb. Bununla belə nazir danışıqların iflasa uğramasının səbəbləri barədə heç nə deməyib.

Ötən ay Holandiyanın baş naziri Suriyada kürdlərin YPG qrupuna qarşı müharibə edən Türkiyəni təmkin və çəkinməyə dəvət etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG