Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:03

“Türk kimi başlayıb, alman kimi qurtarmaq…”


Avropa İttifaqının Türkiyədəki səfiri Hansjoerg Haber
Avropa İttifaqının Türkiyədəki səfiri Hansjoerg Haber

Ankara bu sözləri deyən Avropa İttifaqının Türkiyədəki səfiri Hansjoerg Haber-i kəskin tənqid etmişdi

Avropa İttifaqının Türkiyədəki səfiri Ankara hökuməti ilə fikir ixtilafının ardınca vəzifəsindən istefa edib.

Səfir Hansjoerg Haber Türkiyə hökumətini Avropa İttifaqı ilə bağlanmış miqrant sazişinin icrası tərzinə görə kəskin tənqid etmişdi.

Cənab Haber Avropanın Türkiyədəki səfiri postuna ötən oktyabrda göndərilmişdi.

Bizdə bir deyim var: türk kimi başlayıb, alman kimi qurtarmaq… Amma burada bunun tam əksi baş verib…

Ankara ilə İttifaq arasında əldə olunmuş razılaşmaya əsasən Türkiyə Avropaya miqrant axınının dayandırılması öhdəliyini götürüb.

Bunun əvəzində Türkiyə vətəndaşlarına Avropa İttifaqı ölkələrinə vizasız gediş-gəliş rejimi vəd olunub.

Səfir Hansjoerg Haber hələ may ayının 13-də verdiyi bir bəyanatla Ankaranı qəzəbləndirmişdi.

Milliyyətcə alman olan Haber demişdi: “Bizdə bir deyim var: türk kimi başlayıb, alman kimi qurtarmaq… Amma burada bunun tam əksi baş verib…”

Qərb mediası yazır ki, Türkiyədə diplomatların dilindən belə zərb-məsəlləri “Türkiyə mədəniyyətinə təhqir” kimi qəbul edirlər.

Ölkəyə və prezidentə hörmətsizlik

Türkiyənin Avropa işləri naziri Ömer Çelik cənab Haberi “Türkiyənin dəyərlərinə və prezidentinə hörmətsizlik göstərərək diplomatiyanın təməl qaydalarını pozmaqda” ittiham edib.

“Hər bir diplomatın bilməli olduğu iki qayda var, - deyib Çelik, - Birincisi, ölkənin dəyərlərinə hörmət, ikincisi ölkənin prezidentinə hörmət”.

Türkiyənin Avropa işləri naziri Ömer Çelik
Türkiyənin Avropa işləri naziri Ömer Çelik

Türkiyə mediası yazır ki, cənab Haber Avropa İttifaqı xarici işlər komissarı Federica Mogherini-nin təzyiqi altında istefa verib.

Aİ rəsmiləri bildiriblər ki, Haber avqustun 1-dək öz postunda qalacaq.

Qərb mediası xəbər verir ki, miqrant sazişinə görə Türkiyənin almalı olduğu 6 milyard avro ona verilməyib, çünki Ankara qarşısında qoyulmuş bütün tələbələrə cavab verməyib.

Bu tələblərdən biri də Türkiyənin yeni antiterror qanunundan hökumət tənqidçilərinin cinayət təqibi üçün istifadə edilməməsidir.

Baş nazir Binali Yıldırım ölkəsinin bu tələbə heç vaxt güzəştə getməyəcəyini bildirib. O israr edir ki, bu qanun ilk növbədə kürd separartçı PKK təşkilatına qarşı qəbul olunub.

Brüssel həmçinin Ankaradan ifadə azadlığı və mətbuata daha çox ehtiram tələb edir.

Avropa Komissiyası Türkiyənin Avropa İttifaqına üzvlüyə qəbul olunma prosesinin hazırkı vəziyyəti barədə hesabatı çərşənbə günü açılqamalıdır.

XS
SM
MD
LG