Avropa Birliyi liderləri miqrant siyasəti məsələsində çətin razılıq əldə ediblər.
Bu barədə AzadlıqRadiosu Assosiated-Press və DPA agentliklərinə istinadla xıəbər verir.
Razılaşma iyunun 29-da, Brüsseldə aparılan12 saatlıq gərgin danışıqlardan sonra əldə olunub.
Almaniya kansleri Angela Merkel miqrasiya məsələsinin Birliyin daxilində ən çətin, vacib problem olduğunu vurğulayıb.
Razılaşmaya əsasən hər bir Avropa ölkəsi qaçqınları ayırd etmək üçün öz ərazilərində xüsusi “nəzarət mərkəzləri” yaratmalıdırlar.
Qaçqınlar isə Avropa Birliyi ölkələrində əvvəlki kimi kvota ilə yox, könüllülük prinsipi ilə bölünəcək.
Avropa Birliyi həmçinin birliyin xaricində, ola bilsin ki, Şimali Afrika və Balkanlar da da bu cür mərkəzlər yaradılmasına çalışacaq.
Bu, Giuseppe Conte-nin başçılıq etdiyi Yeni İtaliya hökuməti üçün qələbə deməkdir.
Qeyd edək ki, yeni İtaliya hökuməti bu yaxınlarda öz limanlarını dənizdə xilas edilən qaçqın gəmilərinin üzünə balayıb.
Bu məsələ Birliyin əsas üzvlərindən olan Fransanın ciddi narazılığıan səbəb olmuşdu.
Şimali Afrika və Yaxın Şərq ölkələrindəki hərbi münaqişələrə görə bir neçə ildir ki, Avropaya qaçqın axını gəlir.
Təkcə Almaniya 1 milyondan çox qaçqın qəbul edib.