Keçid linkləri

2024, 25 Oktyabr, Cümə, Bakı vaxtı 16:15

Dünyada qadınlara ‘görünməmiş risk’ yaranıb


Odessadan çıxmağa çalışan ukraynalılar
Odessadan çıxmağa çalışan ukraynalılar

Kalamar hökumətləri qadın və qızların durumunu pisləşdirən qərarlarını geri götürməyə çağırıb

“Amnesty International” insan haqları təşkilatı son bir ildə dünyada qadın və qızların hüquqlarının pisləşməsini önləmək üçün “cəsarətli addım” atmağa çağırır.

Qurum martın 8-də – Beynəlxalq Qadınlar günündə yaydığı bəyanatında qeyd edir ki, bir çox ölkələr hüquqi qorumaları aradan qaldırmaqla qadınlara və onların hüquqlarını müdafiə edənlərə “görünməmiş risk” yaradır.

Əhalinin yarıdan çoxunun ləyaqəti aşınır

“2021-ci ildə və 2022-ci ilin ilk aylarında baş verənlər milyonlarla qadının və qızın hüquq və ləyaqətinin əzilməsində rolu olub”, – Amnesty-nin Baş katibi Aqnes Kalamar deyib.

“Heç bir cəmiyyət əhalisinin yarıdan çoxunun ləyaqətinin bu cür aşınmasına tol verməməlidir”, – o, sözlərinə əlavə edib.

Bəyanatda münaqişə zonalarındakı qadınlardan söz açılır. Rusiyanın Ukraynaya qarşı işğalı əsasən qadınlar və uşaqlar olmaqla, 1.7 milyondan çox adamın qonşu ölkələrə qaçmasına səbəb olub.

“Bu gün Ukraynada və daha geniş regionda yenə də qadınlar və qızlara böyük risk yaranıb”, – Amnesty bildirir. Ukraynanın şərqində hökumət qüvvələri ilə Rusiyanın dəstəklədiyi separatçılar arasında illərlə çəkən münaqişə nəticəsində gender-əsaslı zorakılığın artdığı, təməl xidmətlərə çıxışın məhdudlaşdırıldığı vurğulanır.

“İndi bu durum bütün ölkəyə yayılıb”, – bəyanatda deyilir.

Faktorlar

Son bir ildə koronavirus pandemiyası və Əfqanıstanda qadınların hüquqlarının pozulması da qadınların və qızların hüquqlarına qeyri-mütənasib təsir göstərən faktorlar sırasındadır, Kalamar belə deyir.

O həmçinin Efiopiyada münaqişəni xarakterizə edən genişmiqyaslı seksual zorakılığı, ABŞ-da abort hüququna hücumları, Türkiyənin Gender Əsaslı Zorakılığa dair İstanbul Konvensiyasından çıxmasını qadınların vəziyyətini ağırlaşdıran faktorlar kimi sadalayıb.

Kalamar hökumətləri qadın və qızların durumunu pisləşdirən qərarlarını geri götürməyə çağırıb.

“Qadınlar və qızlar üçün düzgün və ədalətli idarə edə bilməməyə heç bir bəhanə gətirilə bilməz”, – Kalamar deyib.

XS
SM
MD
LG