Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:24

Rusiyadan Gürcüstanla Cənubi Osetiya arasında hərəkət qadağanının ləğvi tələb edilir


Amnesty International insan haqları təşkilatı Rusiyadan, habelə Gürcüstandan qopmuş Cənubi Osetiyanın əslində Moskvaya tabe hakimiyyətindən separatçı bölgə ilə Gürcüstan arasında insanların sərbəst hərəkətinə qoyulmuş qadağanı ləğv etməyi tələb edir.

Təşkilatın noyabrın 22-də yaydığı bəyanatda deyilir ki, iki ay bundan əvvəl qoyulmuş qadağan “humanitar vəziyyəti daha da pisləşdirərək, separatçı bölgədəki insanları səhiyyə xidmətindən, sosial təminatdan, təhsil hüquqlarından məhrum edir və qohumlar arasındakı təmasları pozur”.

Bəyanatda deyilir ki, Gürcüstan və separatçı Cənubi Osetiya arasındakı inzibati sərhəddə uzun sürən yoxlamar keçirilir və hətta artıq ölümlə nəticələnmiş azı bir insident baş verib.

Rusiyanın dəstəklədiyi Abxaziya 1990-cı illərdə baş vermiş münaqişənin ardınca Gürcüstandan müstəqilliyini elan edib.

Gürcüstan və onun separatçı bölgələri
Gürcüstan və onun separatçı bölgələri

Gürcüstan və Rusiya arasında 2008-ci ildə baş vermiş qısa müharibədən dərhal sonra Moskva bu iki Gürcüstan bölgəsinin müstəqilliyini tanıyıb.

Gürcüstan və beynəlxalq icmanın əksər qismi bu iki bölgəni Rusiya tərəfindən işğal edilmiş ərazi hesab edir.

Amnesty International 22 noyabr tarixli bəyanatında bildirir ki, sərhədin bağlanması “xüsusilə də ahıl sakinlərin, məktəblilərin, tələbələrin və tibbi yardıma ehtiyacı olanların” vəziyyətini ağırlaşdlırıb.

Amnesty International habelə noyabrın 9-da separatçı bölgədə Rusiya və separatçı qüvvələr tərəfindən həbs edilmiş tbilisili həkim Vaja Gaprindashvili-nin azad olunmasını tələb edir.

2008-ci ildə hərbi əməliyyatlara son qoymuş saziş Gürcüstan ərazilərini Rusiyanın nəzarətinə keçirməklə bir çox kəndləri yarı bölüb, kəndliləri torpaqsız və örüşsüz qoyub.

Beynəlxalq miqrasiya təşkialtları bildirirlər ki, gürcüstanlılar olanlar Sovet İttifaqından olan miqrantların ən böyük hissəsini təşkil edir.

Bunlar əsasən lokal münaqişələrə görə didərgin düşənlərdir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG