Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:46

Gürcüstanda separatçılarla sərhəddə yaşayanlar nədən gileylənir


Xurvaleti kəndinin sakini, 82 yaşlı Davit Vanishvili
Xurvaleti kəndinin sakini, 82 yaşlı Davit Vanishvili

Gürcüstanın separatçı regionlarının sərhədində yaşayan kəndlilər fiziki baryerlər ucaldılandan həyatlarının pisləşdiyini, ailə, torpaq və bazarlardan ayrı düşdüklərini deyirlər.

İyulun 3-də Londonda mənzillənən Amnesty International hüquq-müdafiə təşkilatı hesabat yayıb. Hesabatda kəndlilər gileyləniblər ki, Moskvanın bir neçə müttəfiqinin tanıdığı sərhədləri keçməyə çalışınca Rusiyanın dəstəklədiyi hakimiyyət tərəfindən “qanunsuz” saxlanırlar.

“Ölkənin ən yoxsul yerlərində yaşayan kəndlilər otlaqlara, fermer torpaqlarına, bostanlara, yayda su, qışda odun mənbələrinə çıxışı itiriblər”, – hesabatda vurğulanır.

2008-ci ilin avqustunda Gürcüstanla Rusiya arasında beşgünlük müharibədən sonra Abxaziya və Cənubi Osetiya Tbilisidən ayrılaraq müstəqillik elan edib. Onları Kreml dəstəkləyib. Bu iki region Gürcüstan ərazisinin 20 faizini təşkil edir.

Cənubi Osetiya rejiminin qurduğu sərhəddə kəndli Zoya Kasradze (sağda)
Cənubi Osetiya rejiminin qurduğu sərhəddə kəndli Zoya Kasradze (sağda)

Azı 34 kənddə fiziki sərhəd çəkilib

Hesabatda deyilir ki, son on ildə Rusiya qüvvələri beynəlxalq fiziki sərhədlər xəritəsində “xətləri” dəyişməyə çalışır, yerli sakinlərin həyatını pozur. Gürcüstan hakimiyyəti azı 34 kəndin ərazisində fiziki sərhəd çəkildiyini bildirir.

Bu sərhədlər tikanlı məftillər, metal, yaxud taxta hasarlar, qorunan torpaqlardan keçir. Separatçı qüvvələr müxtəlif işarələr, nəzarət avadanlığı da yerləşdiriblər.

Xurvaleti kəndindən keçən tikanlı məftil Davit Vanishvili-ni ailəsindən ayırıb. Qohumları onun təqaüdünü və dərmanlarını gün batandan sonra hasardan ötürürlər.

“Hərəkət azadlığına məhdudiyyətlər digər hüquqlara da təsirini göstərir, həyat standartlarını pisləşdirir, kənd təsərrüfatı torpaqlarına, tibbi xidmətə, ibadət və təhsil yerlərinə çıxışı əngəlləyir”, – hesabatda deyilir.

Fiziki sərhəd çəkilməyən yerlərdə isə kəndlilər demarkasiya xəttinin haradan keçdiyini bilmirlər deyə saxlanırlar.

Amnesty bildirir ki, sözügedən sərhədlər minədək ailəni işlədikləri fermer torpaqlarından, istifadə elədikləri meşələrdən məhrum edib.

Sərhədin o tayında – separatçı regionların ərazisində neçə ailənin bu cür məhdudiyyətlərə məruz qaldığı bəlli deyil, çünki yerli, yaxud Rusiya rəsmiləri hesabat hazırlayanların sərhədi keçməsinə icazə verməyib.

İnsan haqları təşkilatı Gürcüstan tərəfdən hökumət rəsmilərindən başqa 150-dən artıq şəxslə danışdığını bildirir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG