Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:33

Amnesty: 650 mindən çox köçkün hələ də yurduna qayıda bilmir


Müharibədə vurulan zərər ödəndimi: hökumət 'hə' deyir, vətəndaş 'yox'
Gözlə

No media source currently available

0:00 0:04:15 0:00

Müharibədə vurulan zərər ödəndimi: hökumət 'hə' deyir, vətəndaş 'yox'

Amnesty 2021-ci ildə hökumətlərin “geniş çeşidli alət və taktikalar” vasitəsilə müstəqil və tənqidi səsləri susdurduğunu bildirir

2020-ci il Qarabağ müharibəsində törədilən zorakılıqlara görə məsuliyyətə cəlb edilən olmadı. Hərbi əməliyyatlar iqtisadi, sosial və mədəni hüquqlara mənfi təsir göstərib. Bu münaqişə vaxtı evində didərgin düşən azərbaycanlıların çoxu geri qayıdıb. Amma 1990-cı illərin Qarabağ müharibəsi vaxtı köçkünə çevrilən azərbaycanlılar qayıtmayıb. Bunu “Amnesty International” hüquq-müdafiə təşkilatı martın 29-da açıqladığı illik insan haqları hesabatında bildirir.

Azərbaycan 2020-ci ildə 44 günlük hərbi əməliyyatlar nəticəsində Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti bərpa edib. Qoşunların təmas xəttinə və Laçın dəhlizinə isə Rusiya hərbçiləri yerləşdirilib.

40 minədək sakin evinə qayıdıb

Hesabatda deyilir ki, hərbi cinayətlərin və beynəlxalq humanitar hüququn digər pozuntularının araşdırılması yönündə ciddi proqres əldə olunmayıb. Ancaq Azərbaycan tərəfi müharibədən sonra əsir götürülmüş, yaxud həlak olmuş erməni hərbçiləri üzərində "təhqiredici hərəkətlərin" götərildiyi videolarla bağlı istintaq apardığını elan edib. Baş Prokurorluq bu cür əməllərdə əli olan şəxslərin məsuliyyətə cəlb olunacağını bəyan edib.

Amnesty münaqişə vaxtı evindən didərgin düşmüş 40 minədək dinc sakinin çoxunun evlərinə döndüyünü qeyd edir. Ancaq 1990-cı illərdə köçkünə çevrilmiş 650 mindən çox insanın təhlükəsiz qayıdışı üçün adekvat şəraitin olmadığını, minaları, infrastrukturun dağılmasını, yaşayış məskənlərinin yoxa çıxdığını vurğulayır.

Xankəndində qazın kəsilməsi Rusiyanın maraqlarına uyğundur?
Gözlə

No media source currently available

0:00 0:03:55 0:00

Azərbaycan hökuməti köçkünlərin doğma yurdlarına qayıdışı üçün planlı iş aparıldığını bildirir.

“Amnesty International” ötən bir il ərzində Azərbaycanda hökumətin tənqidçilərinin təqib olunduğunu, təzyiqlərə məruz qaldığını qeyd edir. Dinc etirazlar zorakılıqlar yatırdılıb. Qanunsuz məhdudiyyətlər insan haqları müdafiəçiləri və QHT-lərin işini əngəlləyib. Gender-əsaslı zorakılıq, işgəncə, digər pis rəftar formaları geniş yayılıb.

Köçkün qadın: 'Mən kəndimizə qayıda bilmərəm, hər tərəf ermənidi'
Gözlə

No media source currently available

0:00 0:06:54 0:00

İlin hüquq pozuntuları

İyulda yayılmış araşdırmada hakimiyyətin NSO Group-un Pegasus casusluq proqramı vasitəsilə jurnalistləri, media təmsilçilərini, yüzlərlə fəalı izlədiyi ortaya çıxıb. Yaxud oktyabrda yayılmış tədqiqat prezidentin ailəsinin və yaxınlarının Britaniyada ofşor şirkətlər vasitəsilə 700 milyon dollarlıq mülkiyyət əldə etdiyini üzə çıxarıb.

“Amnesty International” dinc aksiyaların dağıdıldığını, etirazçılara qarşı aşırı güc tətbiq olunduğunu vurğulayır. Ötən ilin martında 38 siyasi məhbus hesab olunan şəxs daxil olmaqla 625 məhbus əfv edilmişdi. “Hökumətin tənqidçiliyinin siyasi motivli təqibi və qısnanması səngiməyib, bir çox qurbanlar həbsdə qalır”, – hesabatda deyilir.

Azərbaycan hakimiyyəti hələlik, bu hesabatda deyilənlərə münasibət açıqlamayıb. Ancaq indiyədək hökumət beynəlxalq hüquq-müdafiə təşkilatlarının oxşar tənqidlərini rədd edib, onları xüsusi sifarişlə çalışmaqda ittiham edib. Hakimiyyət təmsilçiləri ölkədə bütün təməl hüquq və azadlıqların tam təmin olunduğunu bildirir.

Dünyada vəziyyət

Qlobal miqyasda insan haqlarının durumuna gəlincə, “Amnesty International” siyasi liderləri və korporasiya başçılarını mənfəət və gücü insanlardan üstün tutmaqda, koronavirus pandemiyasından qlobal dirçəlişlə bağlı vədlərinə “xəyanət”də suçlayır.

“Liderlər bir-birinin ardınca daha yaxşı dirçəliş, pandemiyanın təsirini gücləndirən dərin köklü bərabərsizlikləri yoluna qoymaq vədi veriblər”, – qurumun Baş katibi Aqne Kallamar deyib.

Qurum COVID-19 vaksinlərinin ilk olaraq zəngin ölkələrdə vurulmasına, Britaniya, ABŞ kimi ölkələrin daha çox dozanı alıb yığmasına diqqət çəkir.

“Zəngin Oğlanlar Klubunun üzvləri ictimai şəkildə verdikləri vədlərdən gizli şəkildə imtina ediblər”, – Kallamar vurğulayıb.

Amnesty 2021-ci ildə hökumətlərin “geniş çeşidli alət və taktikalar” vasitəsilə müstəqil və tənqidi səsləri susdurduğunu bildirir.

Məsələn, Rusiya üztanıma sistemi vasitəsilə dinc etirazçıların kütləvi həbsini aparıb. Yaxud Çin və İran kimi ölkələr əhalinin repressiyalar haqda informasiya paylaşmasını önləməkdən ötrü interneti bloklayıb.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG