Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 18:26

Amerikalıların 90 faizi Rusiyanı təhlükə hesab edir


ABŞ-da keçirilmiş rəy sorğusu göstərib ki, amerikalıların böyük əksəriyyəti Rusiyanı Birləşmiş Ştatlar üçün təhlükə hesab edir.

Nəticələri avqustun 10-da açıqlanmış sorğuya görə respondentlərin 90 faizi Rusiyaya “çox ciddi”, “orta” və “azacıq” təhlükə kimi baxır. Rəyi soruşulanların yalnız 10 faizi Rusiyanı qətiyyən təhlükə hesab etmədiyini bildirib.

Bu sorğu SSRS tərəfindən CNN kanalının sifarişi ilə avqustun 3-6-da 1018 respondent arasında stasionar və mobil telefonları ilə aparılıb.

Rəyi soruşulanların 35 faizi Rusiyanı “çox ciddi”, 27 faizi“orta” və 17 faizi “azacıq” təhlükə hesab etdiyini bildirib.

2009-cu ilin iyununda aparılmış buna bənzər sorğuda amerikalıların 68 faizi Rusiyanı təhlükə hesab etdiyini, 31 faizi isə ümumiyyətlə təhlükə saymadığını bildirmişdi.

Lakin 1983-cü ildə aparılmış sorğu amerikalıların 96 faizinin Sovet İttifaqını təhlükə hesab etdiyini göstərmişdi.

Yeni sorğunun nəticələrindən habelə bəlli olub ki, amerikalıların 59 faizi ABŞ prezidenti Donald Trump-ın Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsini araşdıran təhqiqata münasibətindən razı deyil. Amerikalıların 31 faizi bu məsələdə prezidentin mövqeyini dəstəklədiyini bildirib.

Bu sorğu zamanı verilən suallardan biri də belə idi ki, xüsusi prokuror Robert Mueller Rusiyanın seçki müdaxiləsi ilə yanaşı Trump-ın maliyyə məsələlərini də təhqiq etməlidirmi.

Rəyi soruşulanların 70 faizi bu suala “bəli”, 25 faizi isə “yox” cavabını verib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG