Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 17:49

Sanksiya olsa, azərbaycanlı milyarderlərə təsiri olacaqmı?


Emin və Araz Ağalarovlar və Donald Trump. 2013
Emin və Araz Ağalarovlar və Donald Trump. 2013

ABŞ Maliyyə Nazirliyinin yanvarın 30-da açıqladığı “Kreml hesabatı” siyahısında əslən azərbaycanlı milyarderlər Araz Ağalarov, Vahid Ələkbərov, Fərhad Əhmədov, Qod Nisanov-un də adları var.

ABŞ gələcəkdə sanksiya tətbiq edəcəyi halda bu milyarderlərin Azərbaycandakı biznesinə hansısa formada təsir göstərə bilərmi?

İqtisadçı Natiq Cəfərli deyir ki, adıçəkilən iş adamlarının Azərbaycanda elə də böyük biznesi yoxdur. Amma təsiri olacağını istisna etmir:

Buna da bax: ABŞ 'oliqarx siyahısını' açıqladı - Putin-in reaksiyası

“Siyahıda adıçəkilənlərin harda biznes maraqları varsa, sanksiya öz təsirini göstərəcək. Məsələn, Vahid Ələkbərova məxsus şirkət - “Lukoyl” burda neft-qaz layihələrində yer alıb. O layihələrlə bağlı məsələlər bir az başqa oyun qaydaları çərçivəsində həll olunur. Qərbin neft-qaz layihələrində ciddi marağı var, əsasən də qaz layihələrində. Ona görə inanmıram ki, bu layihələrə ciddi əngəllər yaradılsın. Amma təbii ki, şirkətin gələcəkdə böyük layihələrdə iştirakına əngəllər yaradıla bilər. “Lukoyl”a əsas problemlərdən biri yeni texnologiyalara çıxışının məhdudlaşdırılması və xarici kredit əldə etməsinin çətinləşdirilməsi olacaq. Vahid Ələkbərov rəsmən varlı insandır, milyardlarla vəsaiti var, yəni onun dünyada hər hansı əmlakının həbs edilməsi gözlənilmir. Amma dediyim kimi, “Lukoyl” üçün yeni texnologiyalara, maliyyə, kredit mənbələrinə çıxış problemə çevriləcək. Onun Azərbaycandakı layihələrində də maliyyə mənbələrinin tapılması problemə çevrilə bilər. Bu səbəbdən də “Lukoyl” öz payına düşən hissəni – qaz layihəsində zatən payı yoxdur, neft layihəsində isə çox cüzi iştirak payı var – ola bilər, tamamilə satıb Azərbaycandakı biznesdən çəkilsin”.

“ÇOX BÖYÜK HADİSƏ”

Natiq Cəfərli
Natiq Cəfərli

O ki qaldı Araz Ağalarova və ya digərlərinə, iqtisadçı bunları deyir:

«Araz Ağalarovun Azərbaycanda elə böyük biznesi yoxdur, açığı. Bir neçə daşınmaz əmlak layihəsi var, o da əsasən də şəhər kənarındadır. Onlara da hər hansı formada ciddi təzyiqin olacağını, problem yaranacağını düşünmürəm. Eləcə də Fərhad Əhmədovla Qod Nisanovun burda ciddi biznesi yoxdur. Onların biznes imperiyaları Rusiyada və bəzi Şərqi Avropa ölkələrində – Macarıstanda, Çexiyada, Slovakiyada qurulub. Azərbaycanda onların böyük yatırımı yoxdur. Zatən Azərbaycanda böyük yatırım yoxdur, neft-qazdan başqa. Azərbaycan hökuməti nə Rusiyanın, nə də Qərbin qeyri-neft sektorunda ciddi oyunçu olmasına ya imkan verməyib, ya da buna şərait olmayıb».

Buna da bax: ABŞ mediası yenə də Ağalarovdan yazır

Natiq Cəfərli ümumilikdə bu sanksiyalara hazırlığı “çox böyük hadisə” adlandırır.

“Rusiyanın yaxın gələcəkdə bütün siyasi elitasına tətbiq ediləcək bu sanksiyalar onların dünyada şirkətləri, ofşor hesabları, maliyyə mənbələri ilə bağlı məlumatların daha çox üzə çıxmasına səbəb olacaq. Eləcə də Rusiyanın yeni texnologiyalara, maliyyə mənbələrinə çıxışını əngəlləyəcək”.

İqtisadçının qənaətincə, Azərbaycan bundan birbaşa deyil, dolayısı ilə ziyan görə bilər.

“Azərbaycan Rusiya ilə tərəfdaş ölkədir və bəzi layihələrdə birgə çıxış edir. Amma birbaşa təsiri olacağını, düzü düşünmürəm”, – söyləməklə iqtisadçı fikrini yekunlaşdırır.

“GÜLÜNCDÜR”

İlham Şaban
İlham Şaban

“Vahid Ələkbərovun burda tutalım, 20 dənə “zapravka”sı var. Uzağı, onları bağlayacaqlar. Gülüncdür”, – başqa bir iqtisadçı İlham Şaban belə söyləyir. O, Vaşinqtonun bu sanksiyaları tətbiq edəcəyinə və ya bu mexanizmin işləyəcəyinə inanmır, yada salır ki, hətta soyuq müharibə dönəmində belə bütün əlaqələr yandırılmadı.

“Məsələn, İsgəndər Xəlilovun burda nə biznesi var ki? Tutalım, hoteli var, ticari obyektləri var. Amerika bunları onun əlindən alacaq? Ona görə dərinə gedəcəklərini düşünmürəm. Qərbin məqsədi odur ki, Rusiyanın resurslarını daha sərfəli qiymətə və daha stabil şəkildə əldə etsin. İkincisi də, onlar rəqabətdə böyük gücün ortaya çıxmasını istəmirlər”, – İlham Şaban söyləyir.

Buna da bax: İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'

Yanvarın 30-da ABŞ Xəzinədarlığı gələcək sanksiyalar üçün potensial hədəflər sayılan, prezident Vladimir Putin-lə sıx əlaqələri olan rusiyalıların siyahısını açıqlayıb.

Kreml hesabatı” adını almış siyahıda 114 siyasətçinin və 96 “oliqarx”ın adları var. Siyahıya Putin-in 43 köməkçisi və müşaviri, 31 nazir daxildir. Nazirlər içində baş nazir Dmitry Medvedev, xarici işlər naziri Sergei Lavrov da var. Aparıcı deputatlar, Rusiya kəşfiyyat agentliklərinin aparıcı rəsmiləri də bu sıradadır.

Onların Putin-lə əlaqələr hesabına sərvət və hakimiyyətə yiyələndiyi qeyd olunur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG