Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:31

Rusiya-ABŞ kosmik heyəti orbitə çıxır


Fotomüxbirlər Soyuz MS-12 gəmisinin startını çəkirlər
Fotomüxbirlər Soyuz MS-12 gəmisinin startını çəkirlər

Rusiya-Amerika ekipajı Qazaxıstandakı Baykonur kosmodromundan fəzaya qalxıb. Bu, oktyabrda baş vermiş uğursuz startdan sonra Beynəlxalq Kosmik Stansiyaya çatmaq üçün edilən ikinsi cəhddir.

Rusiyanın Soyuz raketinin heyətinə ABŞ astronavtları Nick Hague və Christina Koch, bir də rusiyalı kosmonavt Aleksei Ovchinin daxildir.

Son xəbərlərə görə Soyuz MS-12 gəmisi startdan 9 dəqiqə sonra nəzərdə tutulmuş orbitə çatıb və ekipaj üzvləri özlərini yaxşı hiss etdiklərini, gəmidəki bütün sistemlərin normal işlədiyini bildiriblər. Onların növbəti 6 saat ərzində BKS-ə çatmaları gözlənilir.

Oktyabrın 11-də göyərtəsində Hague və Ovchinin olan Soyuz raketi startdan iki dəqiqə sonra sistemdə nasazlıq yaranmış, lakin avtomatik xilasetmə sistemi onların içində olduqları kapsulun sağ-salamat yerə enməsinə imkan vermişdi.

Bu, 1983-cü ildən bəri Rusiyanın kosmik proqramında ilk uğursuz start idi. Lakin o vaxtda start platformasında partlayışın baş verməsinə baxmayaraq iki sovet kosmonavtı xüsusi kapsulla təhlükəsiz yerə çıxarılmışdı.

Soyuz MS-12 gəmisinin göyərtəsindəki üçlük BKS-də olan amerikalı Anne McClain, rusiyalı Oleg Kononenko və kanadalı David Saint-Jacques-la görüşməlidir.

Onların kosmik stansiyada biologiya, fizika və təbiətşünaslıqla bağlı yüzlərlə təcrübə aparması nəzərdə tutulub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG