Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 07:04

'Soyuz' buraxılanda qəza olub, ekipaj salamatdır


Soyuz MS-10 raketi
Soyuz MS-10 raketi

İki nəfərlik ekipajı Beynəlxalq Kosmik Stansiyaya aparan “Soyuz” raketi havaya qalxınca nasazlıq yaşayıb və Qazaxıstanda təhlükəsiz eniş edib.

Raket rusiyalı kosmonavt Aleksei Ovchinin və amerikalı astronavt Nick Hague-ni sağ-salamat Yerə qaytarıb. Problem raketdaşıyıcıda yaranıb.

ABŞ-ın kosmik agentliyi olan NASA və Rusiyanın Roskosmos təşkilatı astronavtların durumunun yaxşı olduğunu deyiblər. Raket Qazaxıstanın Jezkazqan şəhərindən 20 km şərqə enib.

NASA bildirib ki, xilasedicilər artıq hadisə yerinə çatıblar, ekipaj üzvlərinin salamat olduğunu, raketdən çıxarıldıqlarını xəbər veriblər.

Roskosmos-un paylaşdığı tviti
Roskosmos-un paylaşdığı tviti

“Kosmonavtlar salamatdırlar, eniş ediblər. Onları tapıblar”, – Qazaxıstanda Rusiyanın icarəyə götürdüyü Baykonur kosmodromundan mənbə söyləyib.

Rusiya baş nazirinin müavini Yuri Borisov isə elan edib ki, bu nasazlığın səbəblərinin araşdırılması tamamlanadək kosmosa ekipajlı missiyalar ertələnir.

Hague və Ovchinin Beynəlxalq Kosmik Stansiyada altı ay qalacaqdılar.

Son bir neçə ildə Moskvayla Vaşinqtonun münasibətləri Soyuq Müharibə dövründən bəri ən aşağı həddə düşüb. Səbəb Rusiyanın Ukrayna və Suriya müharibələrindəki rolu, ABŞ-da prezident seçkisinə müdaxilə iddialarıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG