Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 19:05

ABŞ Putinin Abxaziyaya səfərini tənqid edib


Rusiya prezidenti Vladimir Putin (solda) və separatçı Abxaziyanın lideri Raul Xacimba avqustun 8-də Pitsundada görüşüblər
Rusiya prezidenti Vladimir Putin (solda) və separatçı Abxaziyanın lideri Raul Xacimba avqustun 8-də Pitsundada görüşüblər

Birləşmiş Ştatlar avqustun 9-da Rusiya prezidenti Vladimir Putinin Gürcüstandan qopmuş Abxaziyaya səfərini separatçılara dəstək kimi qiymətləndirib və “düzgün olmayan hərəkət” adlandırıb.

Putin Abxaziyaya 2008-ci il Gürcüstan-Rusiya müharibəsinin ildönümünü qeyd etmək üçün avqustun 8-də səfər etmişdi.

2008-ci il müharibəsinin ardınca Gürcüstan və Rusiya arasında diplomatik münasibətlər kəsilmiş, Moskva Gürcüstanın separatçı regionları olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımışdı.

Rusiya Abxaziya və Cənubi Osetiyada minlərlə əsgər saxlayır və Tbilisi Moskvanı işğalda ittiham edir.

ABŞ vise-prezidenti Mike Pence ötən həftə Tbilisiyə səfəri zamanı Gürcüstana Birləşmiş Ştatların tam dəstəyini bidlirib.

ABŞ Dövlət Departamenti bu dəstəyi avqustun 9-da Putinin səfərindən dərhal sonra bir də səsləndirib.

Bəyanatda deyilir: “Birləşmiş Ştatlar Rusiyanı öz qoşunlarını 2008-ci il müharibəsindən əvvəlki mövqelərə çəkməyə, Gürcüstanın Abxaziya və Cənubi Osetiya regionlarının müstəqillyinin tanınması barədə qərarı ləğv etməyə çağırır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG