Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:33

ABŞ naziri Rusiyanın yeni seçki müdaxiləsinə hazır olmağa çağırır


Kirstjen Nielsen
Kirstjen Nielsen

ABŞ daxili təhlkəsizlik naziri Kirstjen Nielsen deyib ki, Birləşmiş Ştatlar Rusiyanın bu ilin sonlarında keçiriləcək Konqres seçkilərinə müdaxilə cəhdlərinə müqavimət göstərməyə hazır olmalıdır.

Nazir iyulun 19-da Koloradoda keçirilən təhlükəsizlik forumunda deyib:

"Düşünmürəm ki, kəşfiyyat icmasında və ya Daxili Təhlükəsizlik Nazirliyində Rusiyanın bizim seçki sistemimizə soxulmağa və müdaxilə etməyə cəhdlər göstərdiyinə dair hər hansı bir sual var. Mən düşünmürəm ki, onların keçmişdə bunu etdiklərinə hər hansı şübhə var və mən düşünürəm ki, biz onların bu qabiliyyət və niyyətlərini bildiyimizə görə, onların bunu yenə də edəcəklərinə hazır olmalıyıq”.

Nielsen əlavə edib ki, Rusiyanın hər hansı bir siyasi partiyanın xeyrinə işlədiyinə dair dəlillər yoxdur: “Onların ümumən məqsədi nifaq salmaqdır”.

İyulun 19-da habelə Senat çoxluğunun lideri Mitch McConnell iki Senat komitəsindən Rusiyaya qarşı onun iddia olunan seçki müdaxiləsi ilə bağlı yeni sanksiyaların mümkünlüyü məsələsini dinləməyə çıxarmağı rica edib.

McConnell deyib ki, dinləmələrdə Rusiyanın qarşıdan gələn noyabr seçkisinə müdaxilə cəhdləri ilə əlaqədar Moskvanın üzərinə yeni sanksiyaların qoyulması məsələsi müzakirə olunacaq.

İyulun 16-da ABŞ milli təhlükəsizliyinin rəhbəri Dan Coats demişdi ki, “Rusiya Amerikanın seçki sistemlərinə təhlükə təşkil etməkdə davam edir”.

O demişdi ki, Rusiya “bizim demokratiyamızı sarsıtmaq üçün səylərini davam etdirir”.

İyulun 18-da Donald Trump CBS telekanalına Coats-a etimad göstərdiyini demişdi.

"Mənim Dan Coats-a böyük etimadım var və əgər o Rusiya təhlükədir deyirsə, mən bunu qəbul edirəm”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG