Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 00:51

ABŞ-da “gey-klub qətliamçısının məscidini” yandırıblar


İslam Mərkəzinin yandırılması Qurban bayramına təsadüf edib
İslam Mərkəzinin yandırılması Qurban bayramına təsadüf edib

Reuters agentliyinin verdiyi xəbərdə deyilir ki, ABŞ tarixində ən böyük qətliamı törətmiş Omar Mateen-in namaz qıldığı məscidin binasına od vurulub.

Mateen ötən iyun ayında Floridanın Orlando şəhərindəki gey gecə barında 49 nəfəri qətliam etdikdən sonra, hüquq-mühafizə qüvvələri ilə atışmada öldürülüb.

Hakimiyyət orqanları yandırılan Fort Piers İslam Mərkəzinin Orlandonun 160 kilometrliyində yerləşdiyini bildiriblər.

Polis məlumat verib ki, təhlükəsizlik kameralarına ağdərili və ya Latın Amerika mənşəli bir nəfər düşüb. Videoda onun Harley Davidson tipli motosiklet sürdüyü görünür. O motosikletdən düşüb, məscidin divarına benzin tökərək kağız parçası ilə yandırıb.

Fort Piersdəki İslam Mərkəzi hadisədən əvvəl
Fort Piersdəki İslam Mərkəzi hadisədən əvvəl

Bundan sonra şübhəlinin dərhal oradan uzaqlaşdığı bildirilir.

Məscidi yandıranın şəxsiyyəti bilinməsə də, müstəntiqlər bu qənaətdədirlər ki, o hadisə zamanı özü də yanıq yarası ala bilərdi.

Floridadakı Amerika-İslam Münasibətləri Şurasının mətbuat konfransında hadisənin nifrət aktı olduğu bəyan edilib.

Polis nəticə çıxarmağın hələ tez olduğunu bildirir.

Müstəntiqlər aktın motivi üzərində işləyirlər. Onların fikrincə hadisə 11 sentyabr terror hadisələrinin 15-ci ildönümü və ya müsəlmanların müqəddəs Qurban bayramı ilə əlaqədar ola bilər.

Məscid binasına ciddi ziyan dəydiyi xəbər verilir. Ruhanilər Qurban bayramı tədbirlərini başqa yerdə keçirməli olublar.

Fort Piersdə yerləşən bu məscid Orlando qətliamçısı Mateen-in ibadət yeri kimi tanınırdı və əvvəllər də zorakılıq hədələri almışdı.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG