Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:12

ABŞ ayətüllaha, bank direktorlarına və İran şirkətlərinə yeni sanksiyalar qoyur


İranda Ansar Bankın filiallarından biri
İranda Ansar Bankın filiallarından biri

ABŞ Maliyyə Nazirliyi bildirib ki, Amerikanın Tehrana qarşı sanksiyalarından yan keçərək İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) və Müdafiə Nazirliyinə 1 milyard dollardan çox vəsait köçürmüş “genişmiqyaslı qondarma şirkətlər şəbəkəsi” aşkar olunub.

Martın 26-da yaydığı bəyanatda nazirlik bu şəbəkəyə bağlı - İran, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Türkiyədə yerləşən qondarma şirkətlər də daxil 25 fərdə və vahidə qarşı sanksiyalar irəli sürüldüyünü bildirir.

Bəyanatda qeyd olunur ki, bu aşkarlanma “İran rejiminin sanksiyalardan yayınmaq üçün yaratdığı şəbəkənin genişliyini” nümayiş etdirir. Bu da əlavə edilir ki, ABŞ sanksiyaları Tehran üzərinə təzyiqi artıraraq “rejimin gəlir mənbələrini sərt şəkildə məhdudlaşdırır”.

ABŞ bildirir ki, İrana bağlı bu şəbəkəyə İİKK-in nəzarətində olan Ansar Bank və bu bankın nəzarətində olan firmalarla birlikdə banklar və başqa maliyyə təsisatları daxildir.

Bu firmaların siyahısında Ansar Exchange, Atlas Company, Atlas Exchange, Ansar Bank Brokerage Company və Ansar Information Technology şirkətləri var.

Sanksiya siyahısına daxil edilmiş daha bir qurum Zagros Pardis Kish şirkətidir. ABŞ Maliyyə Nazirliyinin məlumatına görə bu şirkət Birləşmiş Ərəb Əmirliklərindən yüzlərlə avtomobilin İran Müdafiə Nazirliyinə çatdırılmasında iştirak edib.

Bəyanata görə BƏƏ-də mənzillənmiş çoxsaylı balıqqulağı şirkətləri bu maşınların alınması və göndərilməsini həyata keçirib.

ABŞ-ın yeni sanskiyaları həm də ayətüllah Ebrahimiyə tətbiq ediləcək.

ABŞ Maliyyə Nazirliyi bildirir ki, Ebrahimi hələ 14 yaşından İİKK-ə cəlb edilib və 2005-ci ildən bəri Ansar Bankın direktoru olub.

Sanksiya siyahısına Ansar Exchange firmasının direktoru Alirez Atabaki də daxil edilib.

Sanksiya hesabatında deyilir ki, Atabaki İİKK-in xarici əməliyyatlar qolu – Qüds Qüvvələri ilə işləyib və lap elə bu yaxınlarda, 2019-cu ilin əvvəllərində IRGC-QF adlı qondarma şirkət vasitəsilə maliyyə tranşlarını koordinasiya edib.

Maliyyə naziri Steven Mnuchin deyib ki, İİKK və İran Müdafiə Nazirliyi sanksiyalardan yan keçmək məqsədilə beynəlxalq maliyyə təsisatlarından istifadəni davam etdirir.

ABŞ maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Sigal Mandelker deyib ki, İİKK-nin nəzarətində olan Ansar Bank və onun valyuta mübadiləsi qolu Ansar Exchange beynəlxalq araçılar vasitəsilə dəyərdən düşmüş rialı dollara dəyişir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG