Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:26

ABŞ iki FSB əməkdaşını 'Yahoo' əleyhinə hakerlikdə ittiham edir


Yahoo loq
Yahoo loq

Moskva onlardan birini vətənə xəyanətdə suçlayır

Martın 15-də ABŞ hökuməti Rusiya xüsusi xidmət orqanlarının əməkdaşlarını 2014-cü ildə "Yahoo" əleyhinə gerçəkləşdirilən irihəcmli haker əməliyyatına qatılmaqda suçlayıb. Onlardan biri daha öncə FSB ətrafında baş vermiş qalmaqal fonunda Moskvadahəbs edilib.

ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, sözügedən FSB əməkdaşları Dmitry Dokuchayev və onun rəhbəri Igor Sushchin-dir.

Yarım milyon istifadəçi hesabı sındırılmışdı?

ABŞ-ın Ədliyyə Departamenti bu iki FSB əməkdaşının bir rusiyalı və bir qazaxıstanlı kişi ilə birlikdə 2014-cü ildə "Yahoo" internet şirkətinə qarşı törədilmiş irihəcmli haker əməliyyatını həyata keçirdiyini bildirib. "Yahoo" ovaxt 500 milyonadək istifadəçi hesabının sındırıldığını açıqlamışdı. Bu, elan edilmiş ən irimiqyaslı kompüter müdaxilələrindən biri idi.

Sözügedən digər iki hakerin Aleksei Belan və Karim Baratov olduğu deyilir. ABŞ rəsmiləri Baratov-un bir gün öncə Vaşinqtonun xahişi ilə Kanadada həbs edildiyini bildirirlər.

ABŞ, Rusiyalı gənclər FSB(sağdan s ola ) Dmitry Aleksandrovich Dokuchaev, Alexsey Belan və Igor Anatolyevich Sushin, mart 2017
ABŞ, Rusiyalı gənclər FSB(sağdan s ola ) Dmitry Aleksandrovich Dokuchaev, Alexsey Belan və Igor Anatolyevich Sushin, mart 2017

Görünür, bu ittihamların Rusiyanın ötən il ABŞ-da keçirilən prezident seçkiləri zamanı Demokratların Milli Komitəsinin serverlərini yarması, eləcə də seçkinin özünə müdaxilə etməsi idiaları ilə əlaqəsi yoxdur.

Rusiyanın Vaşinqtondakı səfirliyinin sözçüsü Nikolai Lakhonin-in sözlərinə görə, Rusiya məsələyə rəsmi münasibət bildirməyib.

“Ford” ləqəbli keçmiş haker

Dokuchayev FSB-nin İnformasiya Təhlükəsizliyi Mərkəzinin əməkdaşı olub. Bu mərkəz qurumun kibertəhlükəsizlik məsələlərinə nəzarət edir. Dokuchayev həmin mərkəzin başqa bir əməkdaşı ilə birgədekabrda vətənə xəyanət ittihamı ilə həbs edilib.

Foto: arxiv
Foto: arxiv

Rusiya mətbuatı yazır ki, Dokuchayev “Forb” ləqəbi ilə işləmiş keçmiş hakerdir.

Həbs edilən digər FSB əməkdaşınınsa Sergei Mikhailov olduğu deyilir. ABŞ-ın ittihamlarında onun adı hallandırılmır.

Rusiya mətbuatı Mikhailov-un Moskvada yüksək səviyyəli görüş zamanı başına torba keçirilərək həbs edildiyini yazır. Hər iki şəxs gizli məlumatı ABŞ kəşfiyyatına ötürməkdə ittiham edilir.

Rusiyanın qaranlıq “yeraltı” haker şəbəkəsi?

Xəyanətdə suçlanan hakerlərdən birinin vəkili Ivan Pavlov keçmiş DİN əməkdaşı Ruslan Stoyanov-un həbsinə dair məlumatı da təsdiqləyib. Stoyanov tanınmış özəl kibertədqiqat şirkəti olan "Kaspersky Lab"da çalışıb.

Son bir neçə həftədə baş verən həbslər və onların Rusiya mediasında işıqlandırılması FSB-nin Rusiyanın qaranlıq “yeraltı” haker şəbəkəsi ilə bağlantılarından soraq verir. Elə ABŞ-ın ittihamlarında da belə bağlantılardan söz açılır.

ABŞ hökumətinin məlumatında deyilir ki, 2012 və 2013-cü illərdə haqqında ittiham irəli sürülmüş haker Belan FTB-nin axtarışa verdiyi əsas cinayətkarlardan biridir və 2013-cü ildə Interpol onu həbs etmək qərarına gəlib. O, artıq bir dəfə hansısa Avropa şəhərində həbs edilsə də, sonradan Rusiyaya qaça bilib.

Məlumatda deyilir ki, Dokuchayev-lə Sushch-in Belan-ı saxlamaqdansa, "ondan “Yahoo” şəbəkəsinə çıxış üçün yararlanıblar". İttihamnamədən məlum olur ki, 2014-cü ilin sonlarında Belan "Yahoo" kompüterlərinin kodlarını oğurlayıb.

Araşdırmaçı jurnalist yazır ki…

ABŞ hökumətinin ittiham sənədlərində Mikhailov-un adı çəkilmir, ancaq jurnalist araşdırmaçı jurnalist Andrei Soldatov-un sözlərinə görə, o, Rusiyanın kibertəhlükəsizlik ekspertləri arasında "məşhurdur". Soldatov, əsasən, Rusiya xüsusi xidmətləri və onların kiber bacarıqları haqda yazır.

Mikhailov "Chronopay" adlı özəl ödəniş şirkəti işlədən, 2013-cü ildə isə dövlətə məxsus "Aeroflot" hava yolları da daxil, bir neçə Rusiya şirkətinə kiberhücum təşkil etməkdə ittiham olunanPavel Vrublevsky-nin məhkəməsində şahidlik edib.

Uğurlu sahibkarlıq fəaliyyəti ilə diqqət çəkən Vrublevsky-nin özü də Rusiya rəqəmsal elitasında seçilən fiqurlardandır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG