ABŞ Dövlət Departamenti Baş məhkəmə-tibbi ekspertizanın Nyu-York ofisindən rəsmi şəkildə xahiş edib ki, Rusiyanın BMT-dəki səfiri Vitali Çurkinin ölümünün səbəbləri ilə bağlı məlumatı ictimailəşdirməsin.
Çurkin Nyu-Yorkda fevralın 25-də 65 yaşı tamam olan gün vəfat edib.
Rusiya tərəfi ölümün səbəbini ürəktutması kimi qiymətləndirib. Ancaq sonradan məhkəmə-tibbi ekspertiza bəyan edib ki, əlavə olaraq toksikoloji və histoloji ekspertiza da aparılacaq.
Martın 10-da yayılmış məlumatda Dövlət Departamenti açıqlayır ki, alınmış məlumatlar məxfidir və “beynəlxalq diplomatik qayda və tələblərə görə”,Nyu-York bələdiyyəsinin hüquqi şöbəsi səfirin ölümü ilə bağlı məlumatları açıqlamamalıdır.
“Amerikanın səsi” xəbər verir ki, Dövlət Departamenti Çurkinin sağ olan vaxt daşıdığə “diplomat immuniteti onun ölümündən sonra da qorunur”.