Keçid linkləri

2025, 14 Fevral, Cümə, Bakı vaxtı 09:16

ABŞ Dövlət Departamentinin sözçüsü: ‘Biz bu həbslərdən dərin narahatıq...’


Tofiq Yaqublu, arxiv foto
Tofiq Yaqublu, arxiv foto

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət Departamenti Azərbaycandakı son həbslərə bir daha münasibət bildirib.

“Bu, bizim ciddi şəkildə müraciət etdiyimiz və birbaşa qaldırdığımız məsələdir"

Bu sözləri Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel gündəlik keçirilən brifinqində Tofiq Yaqublu və Bəxtiyar Hacıyevin həbsi ilə bağlı "Turan" İnformasiya Agentliyinin sualına cavabında deyib.

Departamentin sözçüsü həmçinin Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına hörmət etməyə çağırıb.

“ ABŞ insan hüquqlarına və əsas azadlıqlara hörmətin təşviqinə qətiyyətlə sadiq qalır və bu halda biz bir daha Azərbaycan hökumətini öz vətəndaşlarının hüquqlarına, o cümlədən dinc ifadə hüququna hörmət etməyə çağırırıq", - Patel deyib.

Agentlik müxbirinin

Azərbaycanın xarici işlər naziri ilə dövlət katibinin köməkçisi arasında baş tutan telefon danışığında bu məsələninn qaldırılıb-qaldırılmaması ilə bağlı suala cavab olaraq Patel deyib ki, "biz bu həbslərdən dərin narahatıq və hakimiyyətdən onları tez bir zamanda azad etməyə çağırırıq”

Xatırlatma

T. Yaqublu dekabrın 23-də Bakının mərkəzində ictimai fəal B. Hacıyevin azadlığa buraxılması tələbi ilə keçirilən etiraz aksiyasında saxlanıb. Həmin gün Səbail Rayon Məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. Yaqublu buna qədər müxtəlif ittihamlarla (iğtişaş yaratmaq, xuliqanlıq və s.) bir çox dəfə həbsdə olub. O, ittihamları qurama sayıb.

B.Hacıyev isə ötən il dekabrın 9-da Bakının Xətai Rayon Məhkəməsinin qərarı ilə 1 ay 20 gün müddətinə həbs edilib. Fəal xuliqanlıq və məhkəməyə hörmətsizlikdə ittiham olunur. Amma Bəxtiyar Hacıyev ittihamı qəbul etmir.

XS
SM
MD
LG