Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 05:21

Mərkəzi Bank prezidentin sözlərini qulaqardına vurdu


Mərkəzi bank
Mərkəzi bank

Azərbaycanda valyuta hərraclarının nəticəsinə dair ətraflı məlumat verilməsi dayandırılıb.

Azərbaycan Mərkəzi Bankı (AMB), əvvəlki günlərdən fərqli olaraq, oktyabrın 11-də keçirdiyi valyuta hərracında satılan vəsaitin həcmini açıqlamayıb. Dövlət Neft Fondu (DNF) da bu barədə məlumat yaymayıb.

AMB-dən fins.az-a bildirilib ki, bu yenilik, hərracların keçirilmə qaydalarındakı dəyişiklikdən qaynaqlanır və indən belə hərraca çıxarılan və satılan vəsait məbləğləri hər ayın sonunda açıqlanacaq.

Buna da bax:​ Prezident banklar haqqında: 'Davam edin'

Oktyabrın 11-də AMB DNF ilə birgə növbəti ikitərəfli valyuta hərracı keçirmişdi. Bu hərracda ABŞ dollarının son məzənnəsi 1,5986 manat olaraq müəyyənləşdirilsə də, dollara tələbatın və satılan dolların miqdarı açıqlanmamışdı.

Amma 5 gün öncə prezident demişdi ki...

Belə davranış 5 gün öncə - oktyabrın 7-də hökumət toplantısında prezident İlham Əliyevin “bank sektoru şəffaf olmalıdır və ən yüksək dünya standartlarına cavab verməlidir” sözləriylə ziddiyyət yaradır. AMB-nin açıqladığı və qapalılığa xidmət edən yeni qayda bu baxımdan anlaşılmazdır. Düzdür, ilkin məqsəd aydın görünür: Həftədə iki dəfə dollara tələbatı açıqlamaq çaxnaşma yaratdığından, bu məlumatı ayda bir dəfə ictimailəşdirmək. Amma dərhal sual da doğur: Bəs bu yolla AMB dollar ajiotajını səngidə biləcəkmi?

Buna da bax:​ 'Güzgünü sındırmaq cəhdi'

“Qeyri-şəffaflığa əl atılırsa...”

Bank məsələləri eksperti Əkrəm Həsənov sözügedən qərarı doğru saymır: “Maliyyə sistemi etimada əsaslanır, etimad üçün şəffaf olmaq lazımdır. Qeyri-şəffaflığa əl atılırsa, demək, manata və maliyyə sisteminə etimad sarsılır”.

Dolların çox satıldığını ictimaiyyətin bilməsinin manata basqını artırdığını inkar etməyən ekspert fikrini belə tamamlayır: “Amma indi daha da pis ola, şayiələr arta bilər”.

“Birbaşa informasiyanı məhdudlaşdırmaq cəhdidir”

İqtisadçı ekspert Azər Mehdiyev məsələyə informasiyanı birbaşa məhdudlaşdırmaq cəhdi kimi baxır: “Hökumətin real bazarlarda baş verən proseslər haqqında məlumatı açıqlaması bazarlara təsir göstərir, insanların reaksiyasını doğurur. İndiki halda hökumət, eləcə də AMB informasiyanı məhdudlaşdırmaqla prosesləri nəzarətdə saxlamağa cəhd edir. Amma düşünmürəm ki, bu mexanizm hərraclardakı informasiyaların yayılmasının qarşısını tam ala biləcək”.

Buna da bax:​ Mərkəzi Bank FED-in qərarına belə hazırlaşır

“Öz xeyirlərinə yararlana bilərlər”

Onun fikrincə, olub-bitənlər barədə məlumat ictimaiyyətə sızacaq və bu halda mümkündür ki, gerçək durum heç də doğru-düzgün əks etdirilməsin: “Əksinə, müəyyən maraq qrupları bu vəziyyətdən öz xeyirlərinə yararlana bilərlər”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG