Keçid linkləri

2017, 20 Yanvar, Cümə, Bakı vaxtı 22:20

Bu gün, noyabrın 11-i Azərbaycan Mərkəzi Bankında (AMB) bank rəhbərləri ilə görüş keçirildiyi bildirilir.

APA-nın xəbərinə görə, AMB rəhbərliyi tam üzən məzənnə rejiminə keçidə hazır olduğunu bankların diqqətinə çatdırıb: "Xırda detallar həllini tapdıqdan sonra tam üzən məzənnə rejiminə keçid tam baş tutacaq".

Bankirlər isə agentliyə bildirib ki, tam üzən məzənnə rejiminə keçid baş tutduqdan sonra valyuta hərracının formatı dəyişəcək. O da qeyd edilir ki, banklar valyuta mübadilə əməliyyatlarının aparılması zamanı müəyyən olunmuş faiz dəhlizi, yəni marja (hazırda -/+4%) ləğv olunacaq. Nəticədə banklar tələb və təklifi nəzərə alaraq valyuta alqı-satqısı zamanı məzənnəni özləri müəyyənləşdirəcək.

Buna da bax:​ Banklar məzənnəni endirdi

Tam üzən məzənnə rejiminə keçidin vaxtı, hələlik, məlum deyil.

Prezidentin ötən il təsdiq elədiyi milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində də 2017-ci ildə “tam üzən məzənnəyə” keçiləcəyi qeyd edilirdi.

Ancaq, buna müstəqil iqtisadçılar bir qədər şübhə ilə yanaşırlar. Onların fikrincə, bu halda bir dollar ən azı 2 manat 20 qəpiyi keçə bilər.

Hazırda 1 dollar rəsmən bir manata 77 qəpiyə bərabərdir.

Buna da bax: 'Əsas günahkarlar, başda Mərkəzi Bank olmaqla, bankirlərimizdir'

XATIRLATMA

Mərkəzi Bankın idarə heyəti 2015-ci il dekabrın 21-də üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Həmin gün, 2015-ci ildə növbəti devalvasiya baş vermişdi. 1 dollar bir manat 5 qəpikdən, 1 manat 55 qəpiyə yüksəlmişdi.

Bu qərardan bir neçə həftə sonra, yanvarın 8-də AMB banklara göndərdiyi məktubda nağd və qeyri-nağd mübadilə əməliyyatları zamanı 4 faizlik marjanın tətbiq edildiyini bildirirdi.

Buna da bax: Prezidentin Mərkəzi Bankdan fərqli inflyasiya hədəfi

Yəni banklar valyuta mübadiləsi zamanı rəsmi məzənnədən yalnız 4 faiz civarında kənara çıxa bilər. Ekspertlər isə deyirdilər ki, marja qoyulması üzən məzənnə rejiminə uyğun deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG