Keçid linkləri

Təcili xəbərlər
2018, 20 Fevral, çərşənbə axşamı, Bakı vaxtı 15:32

Daşnak deputat: 'Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara zəmin hazırlayır'


Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Alxanlı sakinləri kəndin necə atəşə tutulduğunu danışırlar

Avronest Parlament Assambleyasını və Ermənistan-Avropa Birliyi parlament əməkdaşlıq komitəsini «Bakıdakı rejimin qınağa layiq təxribatlarına görə məsuliyyət daşıyan şəxsləri məsuliyyətə cəlb etməyə» çağırırlar. Bu haqda həmin qurumlara Ermənistan parlamentinin Beynəlxalq münasibətlər komitəsi iyulun 6-da məktub göndərib.

«Bu ilk dəfə deyil ki, Azərbaycanın hakim dairələri sərhəd rayonların sakinlərindən Artsaxın (Qarabağın) rayonlarına raket zərbələri endirilməsi üçün canlı sipər kimi istifadə etməyə çalışır. İndi də Bakı diqqəti ötən il Qarabağda təcavüz zamanı mülki əhaliyə qarşı törətdiyi vəhşiliklərdən, habelə beynəlxalq humanitar hüququn kobud pozulmasından yayındırmaq üçün öz mülki əhalisi arasındakı qurbanlarla spekulyasiya edir», – deyə komitə sədri Armen Ashotian-ın imzaladığı məktubda qeyd edilir.

ZƏMİN HAZIRLANIR?

Azərbaycan Müdafiəsi Nazirliyinin məlumatına görə, iyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutub, iki nəfər həlak olub. Bunlar kənd sakinləri - 50 yaşlı Sahibə Quliyeva və onun ikiyaşlı nəvəsi Zəhra Quliyevadır. Daha bir kənd sakini isə ağır yaralı halda xəstəxanaya yerləşdirilib.

Özünü «Dağlıq Qarabağın müdafiə nazirliyi» adlandıran qurumsa Azərbaycan tərəfinin TR-107 reaktiv qurğularından istifadə edərək raket zərbələri endirdiyi barədə məlumat verib. Məlumatda Qarabağın erməni ordusunun bu zərbələrə cavab verdiyi, nəticədə Azərbaycan tərəfinin itkilər verdiyi də göstərilir.

Armen Rustamian
Armen Rustamian

Daşnaksutyun Partiyasının parlament fraksiyasının rəhbəri Armen Rustamian AzadlıqRadiosunun erməni xidmətinə müsahibəsində qeyd edib ki, Bakı irimiqyaslı hərbi əməliyyatlara başlamaq üçün zəmin hazırlamağa çalışır.

«Azərbaycana belə qurbanlar lazımdır. Bu ona «İndi mənim haqqım var və bu, beynəlxalq səviyyədə təsbit olunmuş müdafiə hüququdur» deməyə imkan verəcək. Bu, irimiqyaslı əməliyyatlar həyata keçirməyə lazımdır, buna zəmin hazırlanır», – deyə Rustamian qeyd edib.

«BAKI İMKANLARINI YAXŞI DƏYƏRLƏNDİRİR»

Ancaq Ermənistanın hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri Vahram Baghdasarian hesab edir ki, Azərbaycan irimiqyaslı hərbi əməliyyatlara əl atmayacaq. Onun fikrincə, Bakı öz imkanlarını yaxşı dəyərləndirir və anlayır ki, bu müharibədə məğlubiyyətə düçar olacaq.

Son bir neçə gün ərzində Azərbaycanın hərəkətlərinə gəlincə, Baghdasarian iddia edir ki, bu yolla Bakı ictimaiyyətin diqqətini daxili problemlərdən yayındırmağa çalışır.

XİN: Məsuliyyət Yerevanın üzərinə düşür
Gözlə

No media source currently available

0:00 0:01:16 0:00

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı isə iyulun 5-də bildirib ki, bu məsələdə Ermənistan dünya ictimaiyyətini aldadaraq yalan məlumatlar yayır:

«Azərbaycan Silahlı Qüvvələrinin dinc əhalidən guya sipər kimi istifadə etdiyini deyirlər. Biz bunu qəti rədd edirik. Bildiririk ki, Ermənistan həmişəki kimi mülki əhalini atəşə tutub. Alxanlıda nə qərargah, nə də atəş nöqtəsi var. Digər məlumatda bildirirlər ki, Azərbaycan guya ABŞ-a məxsus reaktiv sistemlərdən istifadə edib. Bu da ağ yalandır. Qəti olaraq bu məlumatı təkzib edirik. Ermənilərin qeyd etdiyi yaylım atəşi sistemi ABŞ deyil, Türkiyə istehsalıdır. Dünən isə bu silahdan, ümumiyyətlə, istifadə olunmayıb».

Qeyd edək ki, iyulun 4-də baş verən qətllərlə bağlı Azərbaycanda cinayət işi açılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG