Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 04:09

33 yaşlı rusiyalı qadın Rusiya səfirinin Ankarada qətlinə görə saxlandı


Foto arxiv
Foto arxiv

Türkiyədə rusiyalı səfir Andrey Karlovun öldürülməsi ilə bağlı istintaq çərçivəsində 1 rusiyalı qadın həbs edilib.

Bu barədə martın 6-da Türkiyənin “Hürriyet” qəzeti və digər kütləvi informasiya vasitələri məlumat yayıb.

Mənbənin yazdığına görə, 33 yaşlı Yekatrina ötən ilin noyabrında səfirin qatili Mevlüt Altıntaşla “Vatsap”la əlaqə saxlayıb,həmçinin Ankaradakı Rusiya mədəniyyət mərkəzinə zəng edib.Hazırda onun həbsdə olduğu bildirilir.

“Hürriyet”in yazdığına görə, o, fahişəliyin təşkilində də şübhəli bilinir.

Rusiyanın Türkiyədəki keçmiş səfiri Andrey Karlov ötən il dekabrın 19-da Ankaradakı mədəniyyət mərkəzində təşkil edilən fotosərginin açılışında çıxış edərkən öldürülüb.

Andrey (Andrei) Karlov çıxış edərəkən
Andrey (Andrei) Karlov çıxış edərəkən

Onu keçmiş polis əməkdaşı Mevlüt Altıntaş güllələyib.

O, cinayəti törədərkən “Allahu əkbər” qışqırıb, Suriyadakı hərəkətlərinə göe Rusiyanı pisləyən şüarlar səsləndirib.

Altıntaşın özü də hadisə yerində təhlükəsizlik qüvvələri tərəfindən güllələnib.

Türkiyə hakimiyyəti Altuntaşın 2016-cı il 15 iyul qiyamının təşkilində ittiham olun Fətullah Gülən hərəkatı ilə bağlı olduğunu deyir.

Altıntaşın ailəsi onun meyirindən imtina etdiyindən,o, kimsəsizlər məzarlığında dəvn edilib.

Ankaradakı müasir incəsənət mərkəzindəki həmin sərgi zalı indi səfir Andrey Karlovun adını daşıyır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG