Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 04:05

'Almaz' yenidən səhnədə…


Afişa
Afişa

Yanvarın 21-22-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Cəfər Cabbarlının «Almaz» tamaşasının premyerası keçiriləcək.

Teatrın mətbuat xidmətindən AzadlıqRadiosuna verilən xəbərə görə, ikihissəli dramın yeni səhnə redaksiyasının müəllifi Əli Əmirli, elmi məsləhətçisi Nizami Cəfərovdur.

Yeni səhnə əsərinin quruluşçu rejissoru Azər Paşa Nemətov, rejissorları Anar Sadıqov və Əlif Cahangirli, bəstəkarı Siyavuş Kərimidir.

Tamaşada Almaz rolunda Məsmə Aslanqızı çıxış edəcək.
Digər rolları Nurəddin Mehdixanlı (Hacı Əhməd), Rafiq Əzimov (Mirzə Səməndər), Hacı İsmayılov (Aftil), Firəngiz Mütəllimova (Kərbəlayı Fatmansa), Sabir Məmmədov (Şərif), Kazım Abdullayev (İbad), Aslan Şirin (Barat), Əli Nur (Baloğlan), Əjdər Həmidov (Balarza), Ayşad Məmmədov (Ocaqqulu), Elşən Cəbrayılov (Fuad), Rada Nəsibova (Yaxşı) və Mətləb Abdullayev (Sədr) oynayacaq.

Səhnə əsərini Ceyran Həsənli idarə edəcək.

C.Cabbarlı «Almaz» pyesini 1930-cu ildə yazıb.

İlk tamaşa 1931-ci il aprelin 13-də baş tutub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG