Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:13

Almaniya Ukraynaya tank göndərilməsinə icazə verir? - Qərb mediası


Kollaj: prezident Co Bayden, kansler Olaf Şolts - Abrams və Leopard 2 tankları
Kollaj: prezident Co Bayden, kansler Olaf Şolts - Abrams və Leopard 2 tankları

Almaniya bildirib ki, Ukraynyaya Leopard 2 tankları göndərəcək və bu məsələdə Polşa kimi ölkələrin Kiyevə dəstək verməsinə mane olmayacaq. Habelə Birləşmiş Ştatların da Ukraynaya Abrams tankları göndərəcyi xəbər verilir.

Bunu məsələ ilə tanış iki mənbəyə istinadla Reuters agentliyi yazır.

Reuters yazır ki, bu xəbərlər yanvarın 24-də Berlindən və Vaşinqtondan rəsmən təsdiqlənməsə də, qərar Ukrayna rəsmiləri arasında sevinclə qarşılanıb.

Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyasının rəhbəri Andrey Yermak Telegram platformasında yazıb:

"Bizim tank ekipajlarımız – dünyanın ən yaxşı tankçıları üçün bir neçə yüz tank! Bax bu, demokratiyanın avtokratiyanın üzünə vurduğu real yumruqdur”.

Azı bir rota Leopard 2 A6

Ukrayna son aylarda Qərb müttəfiqlərini Rusiya ilə müharibədə üstünlük qazanmaq üçün ona tanklar verilməsinə çağırırdı.

Reuters yazır ki, Almaniyanın Der Spiegel jurnalının məlumatına görə Berlin Ukraynaya azı bir rota Leopard 2 A6 tankları göndərməyə hazırlaşır. Bir rotaya adətən 14 tank daxildir.

Der Spiegel hakim koalisiyaya daxil Azad Demokratlar partiyasının parlamentdəki rəhbəri Kristian Duerə istinadən yazır ki, “kansler buğun hamı üçün heç də asan olmayan qərar qəbul edib”.

Ukraynaya ağır tankların verilib-verilməməsi məsələsi son günlərdə Kiyevin Qərb müttəfiqləri arasında ən qızğın müzakirə olunan məsələ idi.

Ukraynada yeni tanklar: Leopard 2-nin özəlliyi nədir?
Gözlə

No media source currently available

0:00 0:02:45 0:00

Berlinin qərarı həllidicidir

Bu məsələdə Berlinin qərarı həlledici faktor idi, çünki bir çox Avropa ölkələrinin cəbbəxanalarında olan Leopard tanklarının istehsalçısı kimi bu texnikanın Ukraynaya göndərməsinə icazəni o verməliydi.

Almaniya kansleri Olaf Şolts və onun Sosial Demokrat partiyası tankların Kiyevə verilməsi ilə müharibənin daha da eskalasiya edəcəyindən narahat idilər.

Yanvarın 24-də habelə Polşa özünün Leopard tanklarının Ukraynaya verilməsi üçün Şoltsa rəsmən müraciət edildiyini bildirmiş və beləliklə, Berlinin üzərinə təzyiqləri artırmışdı.

Polşadakı Abrams tanklarından biri
Polşadakı Abrams tanklarından biri

ABŞ-ın iki vəzifəli rəsmisi Reuters agentliyinə deyiblər ki, Vaşinqton Ukraynaya M1 Abrams tanklarlnın verilməsinə qadağanı qaldıra bilər.

Abrams tankları Ukraynanın relyefi üçün Leopard 2 tanklarından daha az münasib olsa da, görünür Vaşinqton bu addımı siyasi məqsədlərlə atıb.

Çünki bundan əvvəl Olaf Şolts bildirirdi ki, Berlin Ukraynaya ağır tankların verilməsi əleyhinə deyil, amma belə bir addımın atılması üçün ABŞ-ın da Kiyevə öz tanklarından göndərməsi arzuolunan hadisə olardı.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG