Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:49

Almaniya polisi yarmarkaya hücumla əlaqədar bir tunislini axtarır


Almaniya polisi dekabrın 19-da Berlində Milad yarmarkasına yük maşını ilə edilmiş hücumla əlaqədar bir tunislinin axtarışındadır.

Yarmarkada izdihamın üstünə sürülmüş yük maşınının sürücü kabinində Tunisin Tatavin şəhərindən 1992-cil il təvəllüdlü “Anis A” – ya müvəqqəti yaşayış icazəsi verən kimlik tapılıb.

Cinayət axtarışı Şimali Reyn-Vestfaliya regionunda davam etdirilir.

Bu da xəbər verilir ki, şübhəli, yük maşınının polşalı sürücüsü ilə əlbəyaxada yaralanmış ola bilər. Sürücünün meyiti maşının kabinindən tapılıb.

Bu yük maşınının Milad yarmarkasında izidihama çırpılması nəticəsində 11 nəfər ölüb.

Bu hadisə ilə əlaqədar kansler Angela Merkel təhlükəsizlik ölkə şurasının iclasını keçirib.

Polis orqanlarının verdiyi məlumata görə tunisli şübhəli həm də başqa saxta adlarla tanınır.

Almaniya qanunlarına görə hər hansı axtarışda olan şübhəlinin yalnız adı və soyadının birinci hərfi elan edilir.

Xəbər verilir ki, tunusli 2012-ci ildə İtaliyaya gəlib, daha sonra 2015-ci ildə Almaniyaya keçərək burada müvəqqəti yaşayış icazəsi alıb.

Onun şəxsiyyəti polisə tanış olub, çünki şübhəli ötən avqustda saxta İtaliya sənədləri ilə saxlanıbmış.

Almaniyanın “Sueddeutsche Zeitung” qəzetinin yazdığına görə şübhəli Abu Walaa kimi tanınan və ötən noyabrda həbs edilmiş müsəlman vaiz Ahmad Abdelazziz A-nın çevrəsinə daxil olub.

Bu da xəbər verilir ki, maşının sürücüsü, Polşa vətəndaşı Lukasz Urban-ın meyitisərnişin oturacağında tapılıb. Onun bədənində bıçaq və güllə yerləri var idi.

İlkin ekspertiza göstərib ki, bıçaqlanmasına baxmayaraq cənab Urban son dəqiqəyədək sükanı hücum edənin əlindən almağa çalışıb.

Ekspertiza bunu da bildirir ki, sürücü, maşın kütləyə çırpıldıqdan sonra güllə ilə vurulub.

Bundan əvvəl polis bir pakistanlı qaçqını həbs etmiş, lakin onu hadisə ilə heç bir bağlılığının olmadığına görə sərbəst buraxmışdı.

Berlin yarmarkasına hücuma görə məsuliyyəti öz üzərinə İslam Dövləti adlandırılan təşkilat götürüb.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG