Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 10:34

Almaniyada “əsgərlik” icbari ola bilər


Kansler Angela Merkel ordu hissəsinə baş çəkir. Dekabr, 2015
Kansler Angela Merkel ordu hissəsinə baş çəkir. Dekabr, 2015

Almaniya gələcək mümkün fəlakətlərzamanı orduya dəstək məqsədilə ümumi hərbi mükəlləfiyyət tətbiq edə bilər.

Başqa sözlərlə, bu, müəyyən vaxtlarda icbari hərbi qulluq deməkdir.

Bu müddəa ölkənin yeni müdafiə strategiyasında yer alıb.

Bundan əvvəl mətbuata sızmış məlumatlarda deyilirdi ki, Almaniya öz vətəndaşlarına mümkün fəlakət vəziyyətləri üçün su və ərzaq tədarükü görməyi tövsiyə edib.

Hökumət nazirləri yeni strategiyaya dair sənədi avqustun 24-də müzakirə edəcəklər.

"Wehrpflicht" və ya “bu da axırımız…”

Almaniyanın DPA xəbər agentliyi bildirir ki, yeni sənədə görə böhran vaxtlarında vətəndaşlar nəqliyyatın tənzimlənməsi, ordunun yanacaq və yaşayış yeri ilə təchizatı kimi işlərə icbari qaydada cəlb oluna bilər.

Dağsiçanı sosial medianın qəhrəmanına çevrilib
Dağsiçanı sosial medianın qəhrəmanına çevrilib

Mətbuat yazır ki, bəzi millət vəkillərinin “xofyaradan” adlandırdığı bu tədbirlər, almanları bir elə riqqətə gətirməyib.

Onlar bu məsələni sosial mediada hətta lağa da qoyurlar. Tvitter və Facebook-da dağsiçanının şəkli geniş paylaşılır. Şəklin altında siçanın dilindən “bu da axırımız” yazılıb.

Lakin "Wehrpflicht" – “mükəlləfiyyət” sözü ölkə mətbuatının ən çox müzakirə etdiyi mövzuya çevrilib.

Rusiya xofu

Ciddi təhlilçilər hökumətin narahatlığını bölüşdüklərini yazırlar.

Hökumət sənədində “milli fəlakət” ehtimalının az olduğu bildirilsə də, vurğulanır ki, ölkə terror hücumu və ya “hibrid müharibəsi” ilə üzləşə bilər.

Almaniya siyasətçiləri Krımın Rusiya tərəfindən ilhaqını və Ukrayna separatçılarına Moskvanın gizli-açıq dəstəyini hibrid müharibəsi adlandırırlar.

DPA bildirir ki, Almaniyada hərbi mükəlləfiyyət və ya icbari hərbi xidmət 2011-ci ildə ləğv edilsə də, konstitusiyada bu barədə müddəa hələ də qalır və bu, qanunun asanlıqla bərpasına imkan verir.

Soyuq müharibə illərində hesab olunurdu ki, Qərbi Almaniya zəruri olduqda 450 min əsgəri səfərbər edə və onların sayını 1 milyon 200 minə çatdıra bilər.

Bu da qeyd olunur ki, Almaniyada alternativ xidmət mövcuddur. Yəni orta məktəbi bitirənlər əsgərliyə getmək əvəzinə, məsələn 18 ay xəstəxanalarda işləyə bilərlər.

Müddətli hərbi xidmət isə 9 aydır.

Soyuq müharibə illərində, 1960-1980-ci illərdə əsgərlik müddəti 18 ay idi.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG