Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:26

Almaniyada yaşayan hansı azərbaycanlılar deportasiya oluna bilər?


Paşinyandan yeni Qarabağ bəyanatı - güzəştlərdən birinci Azərbaycan danışsın
Gözlə

No media source currently available

0:00 0:14:44 0:00

Paşinyandan yeni Qarabağ bəyanatı - güzəştlərdən birinci Azərbaycan danışsın

İyulun 18-də, Azərbaycan hökumətinin məlumatına görə, 32 nəfər Almaniyadan Azərbaycana deportasiya olunub.

Dövlət Miqrasiya Xidmətinin məlumatında, deportasiyanın Azərbaycan və Almaniya hökumətləri arasındakı readmissiya sazişinə əsasən aparıldığı deyilir. Bu sazişə görə, dövlət, digər ölkələrin ərazisinə qeyri-qanuni daxil olan və orada qeyri-qanuni yaşayan şəxsləri geri qəbul edir.

Bəs, readmissiya ilə ölkəsinə dönəni nə gözləyir?

Almaniyada mühacirətdə yaşayan “Legat” integrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir ki, geri dönən vətəndaşların təhlükəsizliyi təmin olunmalıdır:

“Readmissiya sazişinə görə, Azərbaycan hökumətinin öhdəliyi var ki, qayıdan şəxslərin hüquqlarını qorusun, onları işlə təmin etsin, onlara yeni peşə vərdişləri versin. Ehtiyacı olanları yaşayış yeri ilə təmin etsin”.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, Azərbaycana qaytarılmış 32 nəfərdən yalnız biri Sinan Bayramzadəni hüquq-mühafizə orqanları saxlayıb, qalanları öz yaxınlarına verilib.

Əlövsət Əliyev deyir ki, bir nəfərin saxlanması da readmissiya sazişinə ziddir, çünki əgər bu şəxs axtarışda idisə, Almaniya hökuməti onu Azərbaycana qaytarmamalı idi.

Almaniyada hələlik oturum izni olmayan azərbaycanlılar bizimlə söhbətdən çəkindilər. Onlardan biri adının çəkilməməsi xahişi ilə yalnız onu bildirdi ki, deportasiya haqqında qərar onlara verilməsə də, özü evdə olmadığı halda, ailə üzvlərini evdən aparıblar:

“Biz gözləmə mövqeyində idik. Kağızımı bir alman vəkilə göndərmişdim, həmin alman vəkil baxdı, dedi ki, burda sizin üçün “deportasiya olunsun” qeydi yoxdur.

Deportasiya olunanlar arasında ailə üzvlərindən ayrılmış başqa şəxslər də varmı?

Bu barədə Dövlət Miqrasiya Xidmətinə müraciət etsək də, günün sonuna qədər cavab ala bilmədik.

Müsavat Partiyasından AzadlıqRadiosuna bildiriblər ki, onların bir xanım üzvü də Almaniyadan Azərbaycana qaytarılıb. Həmin şəxsin sığınacaq üçün müraciətinə Almaniya hökumətinin imtina cavabı verdiyi bildirilir.

Almaniyada yaşayan ictimai fəal Qurban Ələkbərov deyir ki, bu azərbaycanlılar daha çox iqtisadi səbəblərdən, yaxşı həyat üçün Almaniyaya gəliblər.

Onun sözlərinə görə, çoxunu bəzi dəllallar aldadıb:

“İnsanlar bura gəlməzdən əvvəllər düşünməlidirlər. Təəssüf ki, Azərbaycanda və Almaniyada dəllallar var. O dəllallara külli miqdarda pul verilir, saxta sənədlər düzəltdirilir. Saxta sənədlərlə gəlirlər bura, ümidlərlə… Amma onların ümidləri doğrulmur. Siyasi təqib faktı yoxdursa, siyasi qaçqın statusu almaq şansı çox aşağıdır”.

Qurban Ələkbərli deyir ki, Azərbaycan terror və ya vətəndaş müharibəsi ölkəsi olmadığı üçün Almaniya hökuməti buranı həyati təhlükə olan ölkə hesab etmir, iqtisadi və sosial səbəblər isə qaçqın statusu almaq üçün yetərli deyil.

AzadlıqRadiosu bu mövzu barədə Bakı sakinlərinin də fikirlərini öyrənib:

Azərbaycanlı miqrantların deportasiya olunmasına münasibətiniz necədir
Gözlə

No media source currently available

0:00 0:00:57 0:00

Bəs, Almaniya hökumətinin miqrasiya siyasətində hansı yeniliklər var? Almaniyada yaşayan Qurban Ələkbərli deyir ki, hazırda cəmiyyətdə miqrantlara qarşı dözümsüzlük artır və siyasətçilər də bundan istifadə edirlər, son diskussiyalar isə iqtisadi çətinlik səbəbindən sığınacaq axtaran miqrantların xeyrinə deyil.

BMT-nin məlumatına görə, təkcə Almaniyaya 2015-ci ildə müxtəlif ölkələrdən yarım milyona qədər miqrant sığınacaq üçün müraciət edib. Almaniya Avropada ən böyük iqtisadiyyata malik ölkədir.

DPA agentliyinin məlumatına görə, təkcə bu ilin əvvəlindən, Almaniyadan təqribən 5,600 ailə deportasiya olunub.

Avropa Statisika Komitəsinin məlumatına görə, 2017-ci ildə, Azərbaycandan Almaniyaya sığınacaq üçün müraciət edənlərin sayı, 2016-cı ilə nisbətən 2 dəfəyə qədər azalıb, təqribən 6 min nəfərdən 3 min nəfərə düşüb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG