Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 15:41

Azərbaycan hökumətinin ‘dostu’ Schulz Almaniyanın xarici işlər naziri ola bilər


Martin Schulz

Almaniya seçkisində məğlub olmuş sosial-demokratların lideri Martin Schulz kansler Angela Merkelin mühafizəkarları ilə əldə olunmuş koalisiya razılaşmasına əsasən ölkənin xarici işlər naziri ola bilər.

Bu barədə xəbər verən Bild qəzeti yazır ki, bunun üçün Sosial Demokrat Partiyasının (SPD) təxminən 464 min üzvü bu koalisiya qərarını poçt səsverməsi ilə qəbul etməlidir.

Kansler Angela Merkel və Martin Schulz koalisiya barədə razılığa gəliblər
Kansler Angela Merkel və Martin Schulz koalisiya barədə razılığa gəliblər

Reuters agentliyi bildirir ki, SPD-nin bir çox gənc sol təmayüllü üzvü Almaniyanı 2013-cü ildən bəri idarə edən “böyük koalisiyanın” təkrarlanmasına qarşıdır.

Avropa İttifaqının keçmiş prezidenti Martin Schulz seçkidə məğlub olsa da, xanın Merkelin partiyasının göstərdiyi zəif nəticə koalisiyaya yol açıb.

Cənab Schulz kansler Angela Merkellə koalisiya razılaşmasının əldə edilməsini bütün Avropa siyasəti üçün həlledici an adlandırıb.

O deyib ki, bu koalisiya Almaniyanın Avropadakı lider rolunun qorunub saxlanmasını təmin edəcək.

Xatırladaq ki, bir neçə il qabaq Şultsun rəhbərlik etdiyi Avropa Parlamentində Azərbaycanda insan haqlarını kəskin tənqid edən qətnamə qəbul edilmişdi. Azərbaycan hakimiyyəti Şultsu Azərbaycana qarşı qərəzli olmaqda suçlamışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG