Keçid linkləri

Təcili xəbərlər
2018, 17 Oktyabr, çərşənbə, Bakı vaxtı 02:33

Almaniya kəşfiyyatı xarici jurnalistləri izləyibmiş


Alman polisi Münhen mərkəzi dəmir yolu ərazisində, 1 yanvar 2016

Almaniyanın xüsusi xidmət orqanları beynəlxalq KİV əməkdaşlarını onillərlə izləyib. Bu barədə Der Spiegel jurnalı yazıb.

Nəşrin məlumatına görə, Almaniyanın kəşfiyyat xidmətinin hədəfində Amerika və Britaniya media təmsilçiləri olub.

Der Spiegel iddia edir ki, kəşfiyyat orqanı 1999-cu ildən 50-yə yaxın telefon nömrəsini, elektron emaili və faksı izləyib.

Məlumatda deyilir ki, BBC-nin Əfqanıstan, The New York Times və Reuters-in Əfqanıstan, Pakistan və Nigeriyadakı əməkdaşları alman kəşfiyyatının müşahidə hədəfi olub.

Almaniya Federal Kəşfiyyat Xidməti bu məlumata şərh verməkdən imtina edib.

“Sərhədsiz Jurnalistlər Birliyi” alman kəşfiyyatının davranışını “azad sözə hücum” kimi qiymətləndirib. Birliyin fəalları digər jurnalist qurumları ilə birgə xüsusi xidmət orqanlarından şikayət etməyə hazırlaşırlar. BBC də bu xəbərlərdən narahatlığını bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG