Keçid linkləri

2025, 21 Aprel, Bazar ertəsi, Bakı vaxtı 09:33

Almaniya və İspaniya Rusiyaya cinayət işi açır


Ağ Evin qarşısındakı piketlərdən birində
Ağ Evin qarşısındakı piketlərdən birində

Bu araşdırmadan da məqsəd Rusiyanın Ukraynada törədiyi mümkün hərbi cinayətlərin müəyyən edilməsidir

Almaniyanın federal prokurorluğu Ukraynaya hərbi müdaxilənin gedişində Rusiya tərəfindən törədildiyi iddia olunun hərbi cinayətlərlə bağlı Moskvaya qarşı cinayət işi qaldırıb.

Almaniyanın ədliyyə naziri Marko Buşman martın 8-də mətbuata verdiyi məlumatda bildirib ki, Almaniya Ukraynada törədilmiş müharibə cinayətləri ilə bağlı sübut və dəlillərin toplanmasına başlayacaq.

Almaniya prokurorluğunun açdığı cinayət işi “srtruktur cinayət işi” adlanır.

Martın 8-də habelə İspaniya prokurorluğu Rusiyanın Ukraynada humanitar qanunu pozması ilə bağlı araşdırmaya başlayıb.

Bu araşdırmadan da məqsəd Rusiyanın Ukraynada törədiyi mümkün hərbi cinayətlərin müəyyən edilməsidir.

AFP bildirir ki, “struktur cinayət işlərində” konkret olaraq hansısa şəxslər hədəflənmir. Belə təhqiqatdan məqsəd hərbi cinayətlərin aşkar edilməsidir.

Buna baxmayaraq bu təhqiqatın əldə etdiyi sübutlar gələcəkdə fiziki şəxslərə qarşı ittihamın tərkibinə daxil ola bilər.

Ukraynaya xaricdən könüllü legionerlər gəlir
Gözlə

No media source currently available

0:00 0:02:15 0:00

Almaniyanın belə bir təcrübəsi var

Der Spiegel məcmuəsi yazır ki, Almaniya prokurorları Rusiyanın Ukraynanın yaşayış məntəqələrində klaster bombalarından istifadə etməsi, qaz kəmərinə, nüvə tullantıları anbarına hücumları kimi iddiaları araşdıracaqlar.

Ötən həftə ABŞ-ın dövlət katibi Entoni Blinken Rusiyanın Ukraynada “çox ciddi” hərbi cinayətlər törətdiyinə dair sübutların olduğunu demişdi.

Eyni zamanda Haaqadakı Beynəlxalq Cinayətlər Məhkəməsi də Rusiyaya qarşı təhqiqata başlayıb.

Bu da qeyd olunur ki, Almaniya bundan əvvəl Suriyada törədilmiş cinayətlərlə bağlı olanları mühakimə edib.

Almaniyada ötən yanvarda bir suriyalı zabit 27 nəfərin qətlinə və Dəməşq təcridxanasında 4 min insana işgəncə verilməsinə görə 10 il müddətinə azadlıqdan məhrum edilib.

XS
SM
MD
LG