Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 02:06

Berlin İranın nüvə təkliflərini rədd edir


Vyana danışqılarında
Vyana danışqılarında

Almaniya XİN: "Biz bu təkliflərə diqqətlə və detallı baxdıq və qərara gəldik ki, İran bundan əvvəl çətin danışıqlarda razılaşdırılmış bütün öhdəliklərini pozub”

Almaniyanın Xarici İşlər Nazirliyi bildirib ki, İranın öz nüvə proqramına dair verdiyi təkliflərini məqbul saymır və Tehranın beynəlxalq danışıqlara realist “sövdələşmə mövqey” ilə qayıtmasını gözləyir.

Nazirliyin sözçüsü dekabrın 6-da deyib:

"Biz bu təkliflərə diqqətlə və detallı baxdıq və qərara gəldik ki, İran bundan əvvəl çətin danışıqlarda razılaşdırılmış bütün öhdəliklərini pozub”.

Sözçü bildirib ki, belə təkliflər “danışıqların uğurlu sonluqla nəticələnməsi üçün əsas ola bilməz”.

Almaniya XİN-in bəyanatında habelə deyilir ki, danışıqların davam etdiyi bir vaxtda İranın öz nüvəzənginləşdirmə qabiliyyətini artırması da qeyri-məqbuldur.

Hazırda Vyanada keçirilən danışıqlardan məqsəd 2015-ci il nüvə sazişinin dirçəldilməsidir.

Danışıqların 5 aylıq fasilədən sonra keçirilən növbəti raundu çətin keçib.

Əsas düyün

Keçmiş prezident Donald Tramp 2018-ci ildə ölkəsini bu razılaşmadan birtərəfli qaydada çıxardıqdan sonra Tehran üzərinə ABŞ-ın ağır sanksiyaları bərpa olunub.

İran buna cavab olaraq saziş üsrə öhdəliklərindən addım-addım geri çəkilib.

ABŞ prezidnneti Co Bayden ölkəsinin bu sazişə qayıtmaq istədiyini bildirsə də, İranı yeni sazişdə ciddi şəkildə maraqlı olmamaqda günahlandırıb.

Vyana danışıqlarında ABŞ nümayəndələri ilə üz-üzə oturmaq istəməyən İran bəyan edib ki, Tehranın üzərindəki sanksiyalar tam qaldırılmadan heç bir yeni razılaşmadan söhbət gedə bilməz.

2015-ci il sazişinə görə öz nüvə proqramını məhdudlaşdırması müqabilində İranın üzərindəki sanksiyalar qaldırılmalıydı.

Vyana danışıqlarının bu həftə davam etdiriləcəyi xəbər verilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG