Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:20

Almaniyada burkanın qismən qadağasına ilk addım


arxiv foto
arxiv foto

Almaniya parlamentinin alt palatası Bundestag – Almaniya Federal Məclisi üzü tamamilə örtən – niqab geyimləri qismən yasaqlayan layihəni təsdiqləyib.

Layihə Parlamentin yuxarı palatasına göndərilib. Layihədə məmurların, hakim və əsgərlərin iş yerlərində burka geyinmələrinin yasaqlanması təklif olunur.

Sağcı partiyalar burkanın ictimai yerlərdə tamamilə yasaqlanmasına çalışırdı. Onlar 2011-ci ildən bəri Fransada olduğu kimi, Almaniyada da burkanın qadağan olunmasını istəyirlər. Angela Merkel də qanunla mümkün olan bütün yerlərdə burkanın qadağan etməklə bağlı çağırışı olub.

***Buna da bax-'Niqabın birinci qatı gözlərimdən başqa bütün üzümü örtürdü...'​

Fevralda isə Bavyera əyaləti dövlət qurumlarında, məktəb və universitetlərdə, eləcə sükan arvasında burkanın yasaqlanması haqda danışılmışdı.

Buna qarşı olanlar isə bildirmişdilər ki, çox az olan müsəlmanın yaşadığı yerlərdə bu planın elə də çox təsiri olmayacaq.

Federal hökumət üzü tamamən örtmənin yasaqlanmasının ölkə konstitusiyasına zidd olduğunu əsas gətirərək, bu addımı atmamışdı.

Son il yarımda əksəriyyəti orta şərqdən olan azı 1 milyon müsəlman Almaniyaya mühacirət edib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG