Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 20:36

Bu il Almaniyaya Belarusdan 11 min miqrant keçib


Miqrant uşaq Belarus-Polşa sərhədindəki sığınacaqda
Miqrant uşaq Belarus-Polşa sərhədindəki sığınacaqda

Lakin polis bunu da qeyd edir ki, ölkəyə gələn miqrantların sayında azalma meyli var

Almaniya polisinin dekabrın 27-də verdiyi məlumata görə bu il ərzində 11 min qanunsuz miqrant Belarusdan Polşa ərazisi ilə Almaniyaya keçib.

Avropa İttifaqı Belarusun avtoritar lideri Alyaksandr Lukaşenkanı əsasən Yaxın Şərqdən olan miqrantları öz ölkəsinə gətirərək buradan ittifaq üzvləri olan Polşa, Litva və Latviyanın ərazisinə buraxmaqda ittiham edir.

Brüssel bildirir ki, Lukaşenka bu “hibrid hücumla” onun üzərinə qoyulmuş Qərb sanksiyalarının qısasını almağa çalışır.

Qanunsuz miqrantların əksəriyyəti Almaniya ərazisinə keçir. Almaniya ilə Polşa arasında vizasız rejim qüvvədədir.

Almaniyanın federal polisi bildirib ki, bu il “Belarusla əlaqəsi olan” 11 min 162 qanunsuz miqrant ölkə ərazisinə daxil olub.

Bu da qeyd olunur ki, miqrantların böyük əksəriyyəti Almaniyaya avqust və noyabr ayları arasında gəlib.

Miqrant axını azalıb

Lakin polis bunu da qeyd edir ki, ölkəyə gələn miqrantların sayında azalma meyli var.

Dekabrda Almaniyaya 470 miqrant gəlib. Halbuki bu rəqəm oktyabr və noyabrda 8 min idi.

Almaniya qanunlarına görə bu ölkədən sığınacaq istəyənlərə onların ərizələrinə baxılanadək ölkədə qalmaq imkanı verilir.

Müşahidəçilərin fikrincə miqrant sayının azalması Avropa İttifaqının beşinci dövrə sanksiyalarından sonra Belarusda siyasətin dəyişməsi ilə bağlı ola bilər.

Avropa İttifaqının sanksiyaları habelə miqrant axınına rəvac verən üçüncü ölkələri hədəfləyir.

Belarus hakimiyyəti Polşa sərhədi yaxınlığındakı qaçqın düşərgəsini yığışdırıb və 2000-dək miqrant sığınacağa çevrilmiş anbarlara köçürülüb.

Bundan başqa Minsk minlərlə iraqlını xüsusi repatriasiya reysləri ilə vətənlərinə qaytarıb.

Öz növbəsində Polşa Belarusla 400 kilometrlik sərhədi boyunca tikanlı hasar qurub.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG