Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:05

«Bonucci-nin mənə 2 qol vurmasını istəmirdim»


Almaniya yığmasının qapıçısı Manuel Neuer
Almaniya yığmasının qapıçısı Manuel Neuer

İtaliya yığmasının hücumçusu Graziano Pelle 1/4 final oyununda Almaniyaya penalti seriyasındakı məğlubiyyətdən sonra mübarizəni dayandıran komandası haqda danışıb. Oyundaşlarına təşəkkür edən Pelle komandanın çıxışı ilə qürur duyur: «Qəmli epiloqa baxmayaraq, 23 şirdən ibarət fantastik komandanın çıxışı həmişə qəlbimdə qalacaq. Məşqlərin ilk günündən pozitiv və neqativ vəziyyətlərdə bir-birimizə kömək etmişik. Buna görə hamıya təşəkkürlər. Təəssüf ki, futbol belədir. O unudulması mümkün olmayan gözəl və dərhal unutmaq istədiyin acı məqamlarla zəngindir. Futbolu sevirəm. Son ana qədər bizi dəstəkləyən xalqımıza da minnətdaram. İtalyan olmaqdan qürur duyuram».

Neuer Bonucci-nin əlindən yanıqlıymış

Almaniya yığmasının qapıçısı Manuel Neuer İtaliya ilə 1/4 final oyunundan (1:1, penaltilərlə - 6:5) qeyd edib ki, rəqibin müdafiəçisi Leonardo Bonucci-dən bir oyunda iki qol buraxmaq istəməzdi. Xatırladaq ki, italyanların oyundakı yeganə qolunu penaltidən məhz «Yuventus»un bu futbolçusu vurub. Almaniya isə iyulun 7-də keçiriləcək yarımfinal oyununda Fransa – İslandiya cütünün qalibi ilə qarşılaşacaq. Sky Sports Neuerin bu fikirlərinə yer verib: «İtaliya yığmasının oyunçularının dəf etdiyim iki penalti zərbəsini hələ də xatırlayıram. Qalanları isə, məncə, topu mərkəzə vurdu. Bonucci-nin mənə penaltidən iki qol vurmasını istəmirdim. Ona görə də zərbəsini dəf etdim».

Neville üzrxahlıq tələb edir

İngiltərə yığmasının artıq istefa verən baş məşqçisi Roy Hodgson-un sabiq köməkçisi Gary Neville «The Guardian» qəzetindən üzrxahlıq tələb edir. Belə ki, adı çəkilən qəzetin onunla Hodgson arasında yaşanan münaqişənin yığmanın AÇ-də çıxışına təsir göstərməsinə dair xəbəri sabiq futbolçunu özündən çıxarıb. Neville Twitter hesabında qəzetə müraciətlə bunları yazıb: «Bu tam cəfəngiyatdır! Üzrxahlıq olacaq? Yazını götürəcəksiz? Zəhmət olmasa, məni tezliklə xəbərdar edin».

Löw taktiki sürprizinin səbəbini açıqladı

Almaniya yığmasının baş məşqçisi Joachim Löw komandasının İtaliya ilə oyun üçün taktiki sxemini xeyli əvvəldən müəyyənləşdirdiyini vurğulayıb. Bildiyiniz kimi, almanlar meydana ənənəvi 4-3-3 və ya 4-2-3-1 sxemi ilə yox, üç mərkəz müdafiəçi ilə çıxmışdı. Löw UEFA-nın saytına verdiyi açıqlamada taktiki sürprizini belə izah edib: «Almaniyanın 3-5-2 sxemi ilə oynayacağını İtaliya – İspaniya oyunundan (2:0) dərhal sonra anladım. İtaliyanın oyununu proqnozlaşdırmaq asandır. Onlar iki mərkəz hücumçusu və hücuma yaxın mövqedə qərarlaşan iki cinah müdafiəçisi ilə oynayırlar. Onlara qarşı müdafiə dördlüyü çıxarmaq çox risklidir. Onlar topu cinahdan mərkəzə keçirir və meydanın dərinliklərindən təzyiq edirlər. Bunu çox yaxşı bacarırlar. Amma biz onları saxlaya bildik».

XS
SM
MD
LG