Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 14:13

Paşazadənin seçkilərdə İlham Əliyevi dəstəkləmə çağırışı qanunidirmi? [rəylər] [video]


Imişlidə yenə yolu kəsdilər... Qaz etirazı
Gözlə

No media source currently available

0:00 0:14:39 0:00

Dindarları İlham Əliyevə səs verməyə çağırlrlar. Imişlidə yenə yolu kəsdilər... Qaz etirazı [A-Live]

Azərbaycanda din və siyasətin sərhədi harda qoyulub? Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə din xadimlərinə göstəriş verə bilərmi ki, onlar, dindarları İlham Əliyevə səs verməyə çağırsın?

Allahşükür Paşazadə fevralın 14-də, din xadimləri ilə görüşündə onları qarşıdakı prezident seçkisində YAP-ın namizədi İlham Əliyevi dəstəkləməyə çağırıb:

“Xüsusən din xadimləri, mən sizdən xahiş edərdim ki, məscidlərdə, cümə günlərində, ibadət yerlərində, hətta məclislərdə, siz öz haqq sözünüzü deməyi bacarmalısız, sizin çəkinən yeriniz yoxdur. Mən bunu sizdən xahiş edirəm, xahişdən əlavə bu, nəzarət olunacaq. Baxacam ki, kimlər və nə cür bu məsələlərə gedir”.

Buna da bax: Faiq Mustafa: 'Din adamlarının dövlət işlərinə qarışmağa ixtiyarı yoxdur'

APA informasiya agentliyinin məlumatına görə, Allahşükür Paşazadə deyib ki, onlar heç kəsi kiməsə səs verməyə məcbur edə bilməzlər, amma Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri, həmçinin, əlavə edib ki, “borcumuz xalqa həqiqəti çatdırmaqdır”.

İçəri şəhərdəki cümə məscidinin imamı Faiq Mustafa deyir ki, onların məscidi təmirdədir- buna görə, seçki ərəfəsində bu çağırışa əməl edə bilməyəcəklər. Bununla belə, Faiq Mustafa deyir ki, onların din əhli kimi siyasətə qarışmağı düzgün olmazdı:

Buna da bax: Din xadimlərinə rəsmi maaş verilə bilər

Faiq Mustafa
Faiq Mustafa

"Göstəriş vermək düzgün deyil. Dindarların dövlət işlərinə qarışmasının ixtiyarı yoxdur. Din dövlətdən ayrıdır. Dindar dindardır, dövlət məmurları başqa. Bu işlərə girişmək dindarlara xas olan əməllərdən deyil".

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunla dini birliklərlə təbliğat apara bilməzlər. Onun fikrincə, Allahşükür Paşazadənin bu açıqlaması qanunları pozmaqdır.

"Seçki demokratik prosesdir və gərək MSK cəmiyyətə açıq şəkildə çatdırsın ki, nəyi etmək olar, nəyi etmək olmaz, bu qurumlar hansı məsuliyyət daşıyır. Bu hallar seçkinin legitimliyinə böyük kölgə salır".

Buna da bax: 'Masallıda həbs edilən dindar xütbələrində haqsızlıqlardan danışırmış'

Ələsgər Məmmədli deyir ki, Mərkəzi Seçki Komissiyası bu işə nəzarət etməlidir, açıqlama verməlidir. Mərkəzi Seçki Komissiyasının mətbuat xidməti isə gün ərzində telefon zənglərimizə cavab vermədi.

Ələsgər Məmmədli
Ələsgər Məmmədli

Bir neçə müxalifət partiyası və ictimai fəalın birləşdiyi Milli Şuranın sədri Cəmil Həsənli də deyir ki, dindarları seçkidə kimə səs verməyə çağırmaq qanun pozuntusudur, seçkiyə müdaxilədir. Cəmil Həsənli iddia edir ki, Qafqaz Müsəlmanları İdarəsi belə müdaxiləni əvvəllər də edib:

"2013-cü ilin prezident seçkiləri vaxtı həcc ziyarəti dövrünə düşmüşdü. Ruhani İdarəsi hətta Məkkədə seçki kabinəsi təşkil etmişdi. Bunu hətta TV-lər də verdi".

Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'

Cəmil Həsənli deyir ki, din xadimlərinə qarşı siyasi basqı Sovet dövründən qalma metoddur.

Qafqaz Müsəlmanları İdarəsinin özü bu bəyanatın səbəbini necə şərh edir? Bu suala gün ərzində cavab ala bilmədik, telefon zənglərimizə cavab verən olmadı.

Prezidentin köməkçisi Zeynal Nağdəliyev fevralın 15-də bildirib ki, hakimiyyət həmişə çalışır ki, seçkiləri yüksək səviyyədə keçirsin.

Zeynal Nağdəliyev
Zeynal Nağdəliyev

“Azərbaycan Prezidentinin siyasi iradəsi Azərbaycanda seçkilərin demokratik və şəffaf keçirilməsinə təkan verib", – deyə Zeynal Nağdəliyev bildirib.

Biz Bakıda sorğu keçirib soruşmuşuq ki, ruhanilərin dünyəvi işlərə - seçki təbliğatına qatılmasına necə baxırsınız?:

Dindarlar İlham Əliyevə səs verməyə çağırılır - din siyasətə qarışsınmı?
Gözlə

No media source currently available

0:00 0:00:53 0:00

Bəs siyasi baxışları hakimiyyətlə zidd olan və onu dəstəkləməyən dini birliklərin durumu necədir?

Buna da bax: Camal kişi: 'Qocalanda heç kimə möhtac qalmamaqçün mənim kimi yaşa'

Hakimiyyəti kəskin tənqid edən “Müsəlman Birliyi” Hərəkatının sədri Hacı Taleh Bağırov və onun dəstəsinin üzvləri 2015-ci il Nardaran hadisəsindən sonra həbsdədir. ABŞ dövlət Departamenti 2017-ci il hesabatında onları dini siyasi müxalifət adlandırıb. Amma həmin tənqidçi dindarlara verilən rəsmi ittiham terrorçuluq, dövlət çevrilişinə cəhd və başqa ağır maddələrdir.

Rəsmilər, o cümlədən, prezident İlham Əliyev Azərbaycanda bütün azadlıqların, həmçinin, din azadlığının təmin olunduğunu dəfələrlə bildiriblər.

Departamentin hesabatında deyilir ki, hökumət ümumiyyətlə, müstəqil dini fəaliyyətə repressiyanı artırıb, sünni məscidlərini bağlayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG