Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib


Prezident İlham Əliyev Salome Zurabishvilin-i Gürcüstanın yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

O, Azərbaycanla Gürcüstanı ənənəvi dostluq və mehriban qonşuluq münasibətlərinin birləşdirdiyini qeyd edib.

“İnanıram ki, ölkələrimiz arasında qarşılıqlı etimad, dəstəyə əsaslanan strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi və inkişafı yolunda birgə səylər göstərəcəyik”, - prezidentin təbrik məktubunda yazılır.

Xatırlatma

Noyabrın 28-də Gürcüstanda prezident seçkisinin ikinci turu keçirilib.

Rəsmi məlumata görə, hakim siyasi qüvvənin namizədi Salome Zurabishvili seçkini udub.

Müxalifətçi Grigol Vashadzenin isə 40 faizdən çox səs qazandığı deyilir.

XS
SM
MD
LG