Keçid linkləri

Təcili xəbərlər
2019, 16 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:25

Azərbaycan və Rusiya prezidentləri telefonda danışıblar


Vladimir Putin (solda) və İlham Əliyev (Foto arxivdəndir)

Aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyev və Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, onlar ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə martın 29-da Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian arasında keçirilmiş ilk rəsmi görüşün nəticələri və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesini müzakirə ediblər.

Prezidentlər ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin fəallaşdırılmasının əhəmiyyətini vurğulayıblar.

Söhbət zamanı Azərbaycan və Rusiya arasında əməkdaşlığın müxtəlif sahələrdə bundan sonra da müvəffəqiyyətlə inkişafına əminlik ifadə olunub.

Martın 29-da Vyanadakı Bristol mehmanxanasında Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Pashinian-ın görüşü olub.

Bu görüşə iki ölkənin xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupunun həmsədrləri – Igor Popov (Rusiya), Andrew Schofer (ABŞ) və Stéphane Visconti (Fransa) də qatılıbllar. Sonra iki lider danışıqları təkbətək formatda davam etdiriblər. Nəhayət sonda müzakirələrə yenidən xarici işlər nazirləri və həmsədrlər də qatılıblar. Tərəflər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələr aparıblar.

Bunun ardınca Azərbaycan və Ermənistan xarici işlər nazirləri, habelə ATƏT-in Minsk Qrupu həmsədrləri birgə bəyanatla çıxış ediblər. Bəyanatda qeyd edilir ki, görüş pozitiv, konstruktiv atmosferdə keçib.

Xatırlatma

Ermənistanın Azərbaycana ərazi iddiaları ilə bağlı 1988-ci ildə Qarabağ münaqişəsi başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayon işğal edilib.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır.

ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Günün bütün mövzuları

XS
SM
MD
LG