Keçid linkləri

2017, 20 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:46

Bu gün, oktyabrın 7-si Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putinə telefonla zəng edib.

Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, dövlət başçısı Vladimir Putini ad günü münasibətilə səmimi qəlbdən təbrik edib. Ona Rusiya xalqının firavanlığı naminə ali dövləti fəaliyyətində yeni-yeni uğurlar, möhkəm cansağlığı arzulayıb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Buna da bax: ABŞ-Rusiya çəkişməsində Azərbaycanın rolu necə olmalıdır?

Dövlət başçıları Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq prinsiplərinə əsaslanan dostluq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.

Habelə, iki ölkə arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin 1952-ci ildə doğulub. Onun 65 yaşı tamam olur.

Vladimir Putun 1999-cu ildən Rusiyada müxtəlif dövrlərdə baş nazir və prezident postlarını tutub. 2012-ci ildə yenidən prezident seçilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG