Keçid linkləri

2024, 25 May, şənbə, Bakı vaxtı 00:07

Əliyev və Paşinyan dekabrda görüşməyə razılıq veriblər


Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Ermənistanın baş naziri Nikol Paşinyan
Azərbaycan prezidenti İlham Əliyev (sağda) və Ermənistanın baş naziri Nikol Paşinyan

Avropa Şurasının rəhbəri Şarl Mişel noyabrın 19-da hər iki liderlə telefonda danışıb

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda Şərq Tərəfdaşlığı proqramının Brüsseldə keçiriləcək sammitində görüşməyə razılıq veriblər.

Bu barədə məlumat Avropa Şurasının rəsmi saytında dərc olunub.

Avropa Şurasının rəhbəri Şarl Mişel noyabrın 19-da hər iki liderlə telefonda danışıb.

Mişel bu həftənin əvvəlində də Paşinyan və Əliyevlə telefon danışıqlarında regionda yaranmış vəziyyəti müzakirə etmişdi.

Həmin söhbətlər zamanı dekabrın 15-ə planlaşdırılan görüşün də müzakirə olunduğu bildirilir.

Avropa Şurasının rəsmi məlumatında deyilir ki, “iki lider regional vəziyyəti, habelə çiçəklənən və stabil Cənubi Qafqaz naminə fikir ayrılıqlarının aradan qaldırılması yollarını müzakirə etmək üçün Brüsseldə görüşməyə razılıq veriblər”.

Birbaşa rabitə xətti

Brüsselin rəsmi məlumatında bu da deyilir ki, Şarl Mişellə söhbətdə Əliyev və Paşinyan habelə ölkələrinin müdafiə nazirləri səviyyəsində birbaşa rabitə xəttinin yaradılması baradə razılığa gəliblər.

Xəbər verilir ki, iki nazir arasında birbaşa əlaqə xətti gələcəkdə insidentlərin qarşısının alınmasına kömək edə bilər.

Bu, 44 günlük Qarabağ müharibəsindən sonra Azərbaycan və Ermənistan liderləri arasında sayca üçüncü görüş olacaq.

Bundan əvvəl onlar Rusiya prezidenti Vladimir Putinin təşəbbüs və vasitəçiliyi ilə iki dəfə Moskvada görüşüblər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG