Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:16

Prezident: “Azərbaycan dünya miqyasında nümunəvi ölkəyə çevrilib”


İlham Əliyev mayın 4-də Azərbaycanın şimal rayonlarında bir sıra sosial obyektlərin açılış mərasimini keçirib
İlham Əliyev mayın 4-də Azərbaycanın şimal rayonlarında bir sıra sosial obyektlərin açılış mərasimini keçirib

“Ölkəmizdə bütün sosial layihələr uğurla icra edilir. Heç bir sosial layihədə heç bir yubanma yoxdur. Hətta bizim üçün o qədər də asan olmayan, əvvəlki böhranlı illərdə də sosial layihələr tam miqyasda icra edilib”.

President. az saytının məlumatına görə, Azərbaycan dövlət başçısı İlham Əliyev mayın 4-də Xızıda içməli su təchizatı sistemlərinin yenidən qurulması layihəsinin yekun mərasimində rayon ictimaiyyəti qarşısında çıxışında belə deyib.

Prezident Xızı şəhərində içməli su probleminin həmişə insanları narahat etdiyini, artıq bu məsələnin öz həllini tapdığını, bununla da şimal zonasının bütün şəhərlərinin içməli su probleminin yoluna qoyulduğunu ifadə edib. O, Xızıda həyata keçirilməkdə olan digər layihələrdən də bəhs edib.

Ölkədə ümumi sosial-iqtisadi inkişafıın çox müsbət olduğunu vurğulayan prezident bu ilin üç ayının göstəricilərinın sevindirici olduğunu qeyd edib:

“Bir neçə gündən sonra dörd ayın yekunları da veriləcək. Əminəm ki, biz dinamikanı nəinki saxlayacağıq, həm də artıracağıq. Ölkə qarşısında duran bütün vəzifələr uğurla icra edilir. Sosial məsələlərin həllinə gəldikdə, bu günə qədər bir çox sosial yönümlü layihələr həyata keçirilib. Bu layihələrin həyata keçirilməsi davam etdiriləcək, eyni zamanda, bütün sosial sahədə tam şəffaflıq yaradılmalıdır. Bu, yeni dövrün tələbidir. Əvvəlki dövrlərdə də mən qarşıya bu vəzifəni qoymuşam və bu gün bir daha çox ciddi tapşırıq verirəm ki, sosial sahədə maksimum şəffaflıq təmin edilməlidir. Əminəm ki, ediləcək və sosial ədalət tam bərqərar olmalıdır”.

Azərbaycan dövlətinin möhkəm əsaslar üzərində qurulduğunu vurğulayan prezident ölkədə sabitliyin, əmin-amanlığın hökm sürdüyünü, xalq-iqtidar birliyinin gündən-günə möhkəmləndiyini iddia edib:

“Bu gün Azərbaycan inkişaf, sabitlik, xalq-iqtidar birliyi baxımından dünya miqyasında nümunəvi ölkəyə çevrilib. İndi dünyada, bölgədə, qonşuluqda baş verən hadisələri izləyərkən bir daha görürük ki, sosial sahədə pozuntular, bu sahəyə diqqətin göstərilməməsi və xoşagəlməz halların kütləvi xarakter alması böyük çətinliklərə, problemlərə, toqquşmalara gətirib çıxarır. Bizim siyasətimiz həmişə birmənalı olub: güclü dövlət, güclü iqtisadiyyat və sosial rifah. Bax, bu prinsiplərin vəhdəti bu gün Azərbaycanı dünyada seçilmiş ölkələrin sırasına daxil edib”.

Ölkə başçısı bu gün, mayın 4-də Xaçmaz və Xızı rayonlarına səfər edib. O bu rayonlarda bir sıra obyektlərin açılışında iştirak edib.

XS
SM
MD
LG