Keçid linkləri

Təcili xəbərlər
2018, 25 İyun, Bazar ertəsi, Bakı vaxtı 17:56

Alimentlə bağlı məhkəmə qətnamələri dərhal icra olunacaq


Foto: arxiv

Azərbaycanda bundan sonra alimentlərin alınması haqqında məhkəmə qətnamələri dərhal icra olunacaq.

Bu, prezident İlham Əliyevin fevralın 3-də imzaladığı sərəncamı ilə qüvvəyə minmiş “ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanunda əksini tapıb.

Mülki Prosessual Məcəlləyə əsasən indiyə qədər bütün qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilirdi.

Dəyişikliyə əsasən bundan sonra şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması, məişət zorakılığından zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi haqqında qətnamələr dərhal icra olunmalıdır.

Bu hallar istisna ilə, digər qətnamələr qanuni qüvvəyə mindikdən sonra icra edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG