Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 22:47

Əli Kərimli: Nuray olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir


Əli Kərimli, 07 iyun 2013
Əli Kərimli, 07 iyun 2013

Qubada 10 yaşlı Nuraya “qanun keşikçilərinin” gözü qarşısında və onların iştirakı ilə fiziki zorakılıq olayı ölkədə zorun legitimləşməsinin göstəricisidir.

AXCP sədri Əli Kərimli Qubadakı olayla bağlı şərhində belə qeyd edib.

“10 yaşlı Nuraya “qanun keşikçilərinin” gözü qarşısında və onların iştirakı ilə fiziki zorakılıq hamımızı həyәcanlandırıb. Bu dəhşətli səhnə ölkədə zorun legitimləşməsinin göstəricisidir. Hər kəs gücü çatana zor tətbiq edir”, AXCP sədri qeyd edib.

O, vurğulayıb ki, zorakılıq bütün sahələri sarıb.

Buna da bax: Məhkəmədə zorakılıqla üzləşən 10 yaşlı qızla bağlı yeni detallar üzə çxıb

“Əsgərlikdə övladlarımız daha güclülər tərəfindən zorakılığa məruz qalır. Həbsxana və polis idarələrində isə zorakılıq, işgəncə adi haldır. Avropa Məhkəməsi dövlət orqanlarında işgəncə halları ilə bağlı onlarla qərar verib, işgəncə faktlarını təsdiq edib, lakin Azərbaycan hakimiyyəti işgəncə verənlərin birini də cəzalandırmayıb”, siyasətçi vurğulayıb.

Əli Kərimli əlavə edib ki, hakimiyyət hər zaman işgəncə verənin, güc tətbiq edənin yanındadır.

“Çünki ən böyük zorakılığı hakimiyyətin özü edir. Güclünün “hüququ” tanınan, cəngəllik qanunlarının legitimləşdiyi ölkədə isə 10 yaşlı uşaqlar da zorakılıq qurbanı ola bilir. Ölkədə köklü dəyişiklik etmək lazımdır”, Əli Kərimli bildirib.

2009-cu ildə Quba Rayon Məhkəməsi 10 yaşlı Nuray Bayramzadənin xalası Mehriban Eldarovadan alınaraq atası Əvəz Bayramzadəyə verilməsi haqda qərar qəbul edib. Qarşı tərəf Apelyasiya və Ali Məhkəməyə şikayət etsə də birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Bu ilin dekbarında qərarın icrası zamanı rayon məhkəmə icraçıları atası ilə getmək istəməyən 10 yaşlı N.Bayramazadəyə və xalası M.Eldarovaya zor tətbiq ediblər. Bu zorakılıqla bağlı sosial şəbəkələrdə video-görüntülər yayılıb.

Həmin zorakılıq görüntüləri ciddi ictimai rezonans doğurub.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG