Keçid linkləri

Təcili xəbərlər
2020, 18 Sentyabr, Cümə, Bakı vaxtı 15:30

Ə.Hüseynli : Bu islahatların keyfiyyətcə yeni mərhələsidir


Əli Hüseynli, 13 mart 2013

“Prezident İlham Əliyevin cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı imzaladığı sərəncam ölkədə həyata keçirilən məhkəmə-hüquq siyasətinin məntiqi davamıdır”.

APA bu xəbəri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynova istinadən yayıb.

Komitə sədri deyib ki, bu, müasir dövrün tələblərinə uyğun olaraq islahatların keyfiyyətcə yeni mərhələsidir:

“Sərəncam həmçinin Azərbaycanda bütövlükdə insan hüquqlarına həssas və hörmətlə yanaşmanın göstəricisidir”.

Prezident İlham Əliyrv fevralın 10-da penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, cəmiyyətdən təcridetmə ilə bağlı olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılması məqsədilə Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılıb.

Cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı müasir İKT-dən istifadəni təmin etmək məqsədilə elektron nəzarət vasitələrinin tətbiqolunması da tapşırılıb.

Multimedia

XS
SM
MD
LG